Erməni tərəfi təkzib etdi

"Azərbaycan xəbər agenliklərində Dağlıq Qarabağ Respublikasının Tərtər bölgəsində geniş ölçülü təlimlərin başlanması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil". SİA-nın "news.am" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu haqda qondarma qurumun Müdafiə Nazirliyinin mətbuat katibi Senor Hasratyan açıqlama verib.

 

O, bildirib ki, yayılan xəbərlər dezinformasiyadır. S.Hasratyan erməni tərəfinin atəşkəs rejimini ciddi şəkildə qoruduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə