"Polşa Azərbaycana dost ölkədir" ÖZƏL-MÜNASİBƏT

"Polşa Azərbaycana dost ölkədir" ÖZƏL-MÜNASİBƏT

“Polşa prezdenti Anjey Dudonun Azərbaycana səfəri iki ölkə arasındakı strateji əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək, Polşa-Azərbaycan münasibətlərinin inkişafına yeni impuls verəcəkdir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, Polşa Azərbaycana dost ölkədir: “Beynəlxalq arenada həmişə bizi dəstəkləyir. Ölkəmizin ərazi bütövlüyünü tanıyır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh, danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır. Həm də iki ölkə arasındakı iqtisadi əlaqələr günü –gündən artır. Keçən il Polşada Azərbaycan ticarət evi açıb. Bu Azərbaycan brendi altında mallarımızın Polşa bazarlarına ixracına və iki ölkə arasındakı ticarət dövrüyyəsinin artmasına xidmət edəcəkdir.

Azərbaycan beynəlxalq transmilli layihələri icra edib və Asiya ilə Avropa arasında nəqliyyat qovşağına çevrilib. Polşa bu nəqliyyat dəhlizində daşınmaların həyata keçirilməsində maraqlıdır. İki ölkə arasında qarşılıqlı investisiya imkanları genişdir və bu imkanlardan səmərəli istifadəsi hər iki ölkənin iqtisadiyyatların inkişafına töhfə verəcəkdir. Azərbaycan ilə Polşa arasında kənd təsəsrrüfatı və turizm sahələri üzrə əməldaşlıq haqqında imzalanmış sənədlər Azərbaycanın kənd təsərrüfatının inkişaf etdirilməsində Polşa təcrübəsindən istifadə olunmasına və ölkələrarası turizm imkanlarının genişlənməsini sürətləndirəcəkdir. Həm də Polşa Prezdentinin Bakıya səfəri çərçivəsində biznes forumu keçirilib, biznes strukturları arasında əməkdaşlıq münasibətləri müzakirə olunub. Düşünürəm ki, Azərbaycana Avropa İttifaqında Polşa kimi dost ölkə vacibdir və prezidentlərarası səmimi münasibətlər ölkələrimizi də bir-birinə daha yaxınlaşdıracaqdır. Azərbaycan Avropa İttifaqının üzvü olan 10-a yaxın ölkə ilə ikitərəfli strateji ənməkdaşlıq edir və bu əməkdaşlıq dairəsinin genişlənməsi Azərbaycanı Avropaya daha da yaxınlaşdıracaqdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə