Xədicə İsmayıl-Nikol Paşinyan birliyi hansı faktlara əsaslanır? ANALİTİKA
Və ya Mxitaryana və erməniçiliyə ortaq sevgi nümayişi
Azərbaycan növbəti dəfə böyük və fantastik idman yarışına – UEFA-nın futbol üzrə Avropa Liqası finalına ev sahibliyi etdi və bu final əslində, “Çelsi”-“Arsenal”ın Bakı derbisinə qədər bir çox məqamları üzə çıxarmış oldu. Xüsusilə, dəfələrlə erməni lobbisinə canla-başla xidmət etdiyi sübuta yetirilən Xədicə İsmayılın məhz “Arsenal”ın erməni əsilli futbolçusu Henrix Mxitaryanın ətrafında var-gəl edərək xal, qrant və daha nələr qazanmaq ehtirası bu dəfə bütün çərçivələri aşdı. Çərçivələri aşdı ona görə ki, X.İsmayıl Mxitaryanın Baki derbisinə qatılmamasını Azərbaycanda rasizm (irqçilik) siyasəti ilə əlaqələndirməyə çalışdı. Yəni sən demə, günahkar ölkəmizdəki “irqçi ayrıseçkilik” siyasətiymiş və s.
Bu kimi əsassız, yöndəmsiz iddialarını əlbəttə ki, işlədiyi erməni lobbisi və lobbinin təlimatlandırdığı xarici təşkilatların sifarişi ilə sosial şəbəkədə ingilis dilində (?!) ictimailəşdirən X.İsmayıl bu vasitəsi ilə siyasi həyasızlığının nə qədər pik nöqtədə dayandığını isbatladı.
Fakt budur ki, Xədicə erməni ağalarının nökəridir və bu nökərçiliyi sayəsində gündəlik haram çörəyini kifayət qədər gen-bol gödəninə doldurmaqdadır
Əslində, X.İsmayılın bu və ya bu kimi bənzər anti-Azərbaycan xarakterli statusları təəccüblü görünmür. Əgər düşünsək ki, bu xain ünsür düşmənlərimizə qan udduran Milli Qəhrəmanlarımızı “qatil”, “cinayətkar” adlandırır, onda başqa söz deməyə də ehtiyac qalmır. Fakt budur ki, Xədicə erməni ağalarının nökəridir və bu nökərçiliyi sayəsində gündəlik haram çörəyini kifayət qədər gen-bol gödəninə doldurmaqdadır.
Yenidən qayıdaq “irqçi ayrıseçkilik” siyasəti ittihamı ilə əlaqələndirilən Mxitaryan məsələsinə. Sirr deyil ki, Azərbaycan dünyanın multikultural və tolerantlıq mərkəzi kimi tanınır və hər il Bakıda bu mövzularla bağlı beynəlxalq Forumlar, böyük tədbirlər həyata keçirilir. Bu tədbirlərdə dünya ölkələrinin ən nüfuzlu siyasət, elm, mədəniyyət xadimləri iştirak edir, Azərbaycan xalqının tarixlərə söykənən multikultural və tolerantlıq dəyərlərinə ən yüksək qiymətlər verirlər. Hətta Avropa mədəniyyətinin ən aparıcı çevrələrində ksenofobiya, irqçilik və bu kimi məsələlər problem olaraq qalmaqdadırsa, ölkəmizdə belə məsələlər köklü şəkildə mövcud deyil. Bu zaman sual yaranır ki, Mxitaryanın Bakıya gəlməməsini sözügedən sərsəm ittihamı ilə əlaqələndirən X.İsmayıl öz iddialarını hansı faktlara əsaslandıraraq dilə gətirir, ya da sosial şəbəkədə ictimailəşdirir? Çünki fakt budur ki, erməni futbolçu UEFA-nın finalına gəlməməsi ilə bilavasitə erməni lobbisinin, hebelə Ermənistan hakimiyyətinin sifarişi ilə təqdim etməyə çalışıb. Bunu isə sübut etmək heç də çətin deyil!
Paşinyanın Mxitaryana dəstəyi: “Mən Henrinin Bakının irqçi mövqeyinə görə qatıla bilmədiyi “Arsenal”- “Çelsi” oyunundan əvvəl ona dəstək olduğumu dedim...”
Beləliklə, X.İsmayılın sərsəm iddiasının ardınca, keçid alaq Ermənistanın baş naziri Nikol Paşinyanın hələ oyundan əvvəl H.Mxitaryanla apardığı telefon danışığına. Bu barədə “Sputnik Armeniya” yazır ki, Paşinyan Qazaxıstanın paytaxtı Nur-Sultandan geri dönər-dönməz erməni futbolçusuna zəng edərək bildirib ki, onunla fəxr edir və s. Sonra isə fikirlərini Facebook-da yazan Paşinyan əlavə edib. SİTAT: “Mən Henrixin Bakının irqçi mövqeyinə görə qatıla bilmədiyi “Arsenal”- “Çelsi” oyunundan əvvəl ona dəstək olduğumu dedim...”
Göründüyü kimi, Paşinyanın sırf və adərkar erməni həyasızlığı ilə Xədicənin müvafiq sərsəm mövqeyi üst-üstə düşür və heç bir fərq görünmür. Bu, o deməkdir ki, Mxitaryanın Bakıya gəlməməsində həm X.İsmayıl, həm də N.Paşinyan birbaşa həmfikirdirlər və burada Paşinyanı müəyyən mənada anlamaq olar ki, o işğalçı, düşmən dövlətin başçısıdır bəs Xəcdə..?
X.İsmayıl Azərbaycan vətəndaşıdır və onun Paşinyanla eyni dildə ölkəsinə qarşı düşmənçilik mövqeyi sərgiləməsi heç bir çərçivəyə sığa bilməz. Bunun bir adı var – XƏYANƏT! Xəyanətlər isə bildiyimiz kimi cəzasız qalmır.
Vestnik Kavkaza: “Britaniyalı fanatlar deyir ki, Mxitaryan bura (Bakıya) gəlsə idi onun üçün heç bir təhlükə olmayacaqdı”
Yuxarıda da qeyd edildiyi kimi, X.İsmayıl xarici ölkələrdə olarkən də, birbaşa erməni lobbisinin tapşırıqları əsasında hətta ölkəmizin ümummilli məsələlərinə həsr olunmuş iclas və tədbirlərinə qatılaraq, Ermənistanın maraqlarını təbliğ edən şüarlar səsləndirib, plankartlar qaldırıb, misal üçün bir neçə il öncə Praqada Xocalı soyqırımına və Qarabağın işğalına həsr olunmuş tədbirdəki kimi...
Ancaq nədənsə, Xədicə heç vaxt həmfikri Nikola deməyib ki, bu gün Ermənistanda mövcud olan irqçilik siyasəti bu ölkənin monoetnikliyinin bariz nümunəsidir. Hətta bir neçə min nəfər yezidi kürdünə qarşı dözümsüz yanaşan Ermənistanın hakim dairələri zaman-zaman bu xalqı diskriminasiyaya məruz qoyurlar. Biz hələ ruslara qarşı dözümsüzlüyü demirik, xüsusilə də Paşinyan hakimiyyəti tərəfindən.
Belə olan halda Mxitaryanın Bakı üzərindən oynamaq istədiyi oyunbazlığı dünya birliyi tərəfindən istehza ilə qarşılandı. Hətta britaniyalı fanatlar deyir ki, Mxitaryan bura (Bakıya) gəlsə idi onun üçün heç bir təhlükə olmayacaqdı. Onlar bildiriblər ki, heç bir “Çelsi” və “Arsenal” tərəfdarları bir-birləri ilə dava etmədilər. Üstəlik, polis təhlükəsziliyi ən yüksək səviyyədə qoruyub. Bu barədə Vestnik Kavkaza agentliyinin ingilis dilli bölümündə “British football fans: Henrikh Mkhitaryan would be safe in Baku” başlıqlı məqaləsində geniş şərh edilib.
Sonda isə, X.İsmayıl kimi bəhanələrlə gündəmdə qalmağa çalışan dağıdıcı təfəkkürlü müxalifətin guya finalın emosiyasız keçdiyini iddia etmələrinə toxunaraq qeyd etmək yerinə düşərdi ki, əgər Bakı finalı həqiqətən də maraqlı olmasaydı, bu qarşılaşma UEFA tarixində baş tutmuş digər qarşılaşmalarla müqayisədə 3-cü yerə sahib olmazdı. Çox yəqin ki, qaragüruhçular təkcə bu fakta görə gülünc iddialarından utanmalı və rüsvay olmalıdırlar. Əlbəttə ki, Pşianyanın səsinə səs verən X.İsmayılla bir yerdə...
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB