Ermənilər Rusiya vətəndaşlığı almağa can atırlar

Ermənilər Rusiya vətəndaşlığı almağa can atırlar

Erməni rəsmiləri Rusiya vətəndaşlığı almaq üçün müraciət etməkdə davam edirlər. SİA Ermənistana məxsus lragir.am saytının “Jamanak” qəzetində dərc olunan yazıya əsasən yayımladığı məlumata istinadən xəbər verir ki, keçmiş və indiki Ermənistan rəsmiləri Rusiya vətəndaşlığı əldə etmək üçün müraciət etməkdə davam edirlər.

Məlumatda xüsusilə qeyd olunur ki, bu müraciətlər artıq son zamanlar intensiv xarakter alıb. Rəsmilər hesab edirlər ki, Rusiya vətəndaşlığı Ermənistanda gedən proseslərdən, təqiblərdən ən yaxşı müdafiə variantıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə