YAP Qəbələ rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib. Konfrans iştirakçıları öncə rayonun mərkəzindəki parkda ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edərək, önünə gül dəstələri düzüblər.
200 nəfər nümayəndənin iştirak etdiyi konfrans Azərbaycan Respublikasının Himninin səsləndirilməsi ilə başlayıb. YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov konfransı açıq elan edərək gündəliyini elan edərək bildirib ki, gündəlikdə üç məsələ dayanıb. Bunlar YAP Qəbələ rayon təşkilatının Gənclər Birliyi sədrinin hesabat məruzəsinin dinlənilməsi, YAP Qəbələ rayon təşkilatının Gənclər Birliyinin sədrinin seçilməsi, YAP Qəbələ rayon təşkilatının Gənclər Birliyinin Şura və İdarə heyətinin seçilməsi və Respublikada keçiriləcək Gənclər Birliyinin konfransında iştirak edəcək nümayəndələrin seçilməsidir.
Konfransda ötən dövr ərzində görülən işlər barədə hesabat məruzəsi ilə YAP Qəbələ rayon təşkilatının Gənclər Birliyinin sədri Namiq Ağayev çıxış edərək vurğulayıb ki, bu gün Azərbaycanda bütün istiqamətlərdə uğrulu dövlət siyasəti aparılır və bu siyasət bilavasitə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən müdrikliklə müəyyən edilir: “Aparıla mütərəqqi siyasətlərdən biri də gənclər siyasətidir ki, məhz gənclərimiz Ulu Öndər Heydər Əliyev ideologiyasının öyrənilməsində, yaşadılmasında əhəmiyyətli rol oynayır, istər ölkəmiz daxilində, istərsə də ölkədən kənar fəaliyyətlərində Azərbaycanın adını daim zirvələrdə tuturlar. Çünki gənclik bizim gələcəyimizdir və hər bir gənc bilməlidir ki, Azərbaycanın daha uğurlu gələcəyi onun əlindədir”.
Məruzə ətrafında gənclərdən Səbinə Sabirli, Ümid Məsimov, Aytac Həmidova və Anar Şirinov çıxış edərək, hər bir gəncin Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşəcəyini qeyd ediblər.
Sonra konfransın gündəliyinə uyğun olaraq, ikinci məsələ müzakirə edildi və Şirinov Anar Tofiq oğlu YAP Qəbələ rayon təşkilatının Gənclər Birliyinin sədri seçilib. Növbəti məsələ isə, 15 nəfərdən ibarət Gənclər Birliyinin Şura üzvü və 7 nəfərdən ibarət İdarə heyətinin üzvünün seçilməsi ilə yekunlaşdırıldı.
Sonda isə, 3 nəfər gənc - Şirinov Anar Tofiq oğlu, Həmidli Aytac Nurşah qızı və Məsimov Ümid Səid oğlu Respublikada keçiriləcək Gənclər Birliyi Konfransına nümayəndə olaraq seçiliblər. Bununla da YAP Qəbələ rayon təşkilatının Gənclər Birliyinin V konfransı öz işini yekunlaşdırıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB