Çərşənbə axşamı, Ermənistanın baş naziri Nikol Pashinyan 2020-ci ildə KTMT baş katibi vəzifəsini icra edəcək Belarusun Təhlükəsizlik Şurasının katibi Stanislav Zası Yerevanda qəbul edib. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus tert.am saytında məlumat yayımlanıb.
Məlumata görə, Rusiya hərbi ekspert İvan Konovalov hesab edir ki, hərbi-siyasi blokun yeni baş katibinin təyin olunmasında məğlubiyyətdən və yaxud qələbədən danışmağa dəyməz. Yeri gəlmişkən, xatırladaq ki, Ermənistan mətbuatı Belarusun Təhlükəsizlik Şurası katibinin 2020-ci ildə KTMT baş katibi vəzifəsinə namizədliyini ölkənin məğlubiyyəti kimi işıqlandırır.
Ekspertin sözlərinə görə, KTMT-nin üzv dövlətlərin xarici siyasət məsələlərinə təsiri yoxdur. “Başlıca vəzivə terrorizmə, cəmiyyətin ənənələrini pozanlara qarşı fəaliyyət göstərməkdir. Bizi birləşdirən budur”, -deyə Rusiyalı hərbi mütəxəssis bildirir.
İvan Konovalov həmçinin bəyan edir ki, üzv dövlətləri birdir və onları birləşdirən ümumi düşmənə qarşı mübarizədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB