Balkan təhlükəsi – Serb ordusu hazır vəziyyətdə MÜHARİBƏ?

Balkan təhlükəsi – Serb ordusu hazır vəziyyətdə MÜHARİBƏ?

Avropa İttifaqı Belqrad və Priştinanı münaqişənin yenidən alovlanması fonunda maksimal şəkildə səbirli olmağa çağırıb. SİA-nın məlumatına görə, bu ərəfədə Kosovanın xüsusi təyinatlıları respublikanın şimalında serblərin yaşadıqları yaşayış məntəqələrini tutmağa cəhd göstəriblər. Bu güclər 28 nəfəri, o cümlədən Rusiyanın Kosovanın müvəqqəti administrasiyasındakı BMT missiyasının əməkdaşını da həbs ediblər. Rusiya mətbuatı cəbər verir ki, o ciddi şəkildə zədələnib. Hətta bununla bağlı, Rusiyanın Serbiyadakı səfirliyi baş verən müdaxiləni kəskin şəkildə mühakimə edib. Məhz bundan sonra rusiyalı BMT əməkdaşı sərbəst buraxılıb.

Bu arada, Serbiyanın prezidenti Aleksandr Vuçiç ordunu hazrlıq vəziyyətinə gətirilməsi əmrini verib. O, qeyd edib ki, respublika hakimiyyəti öz maraqlarını qorumaq qərarındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə