Latviya prezidentini seçir

Latviya parlamenti bu gün ölkə prezidentini seçir. Ali siyasi posta üç namizəd var. SİA Rossiya 24 kanalına istinadən xəbər verir ki, namizədlər – hakim Eqils Levits (hakimiyyət koalisiyası), ombudsman Yuris Yansons (müxalifətin “yaşıllar və kəndlilər birliyindən) və parlamentari Didzis Şmitsdir (daxili müxalifətin koalisiya partiyalarının nümayəndəsi). Mübarizənin favoriti isə Levits göstərilir. Proqnozlara görə, ona 100 deputatın yarıdan çoxu səs verəcək. Latviyanın ana yasasına görə, prezidenti məhz parlamentarilər seçilər. Sadə vətəndaşlar bu prosesdə iştirak etmirlər.

Hazırkı prezident Raymond Veyonusun səlahiyyətləri isə iyul ayında başa çatır. O, prezidentlik postunu dörd il tutub və ikinci dəfə namizədliyini irəli sürməmək qərarını verib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə