YAP-ın nümayəndə heyəti Rumıniyaya səfər edəcək

Rumıniyanın hakim Demokrat Liberal Partiyasının dəvəti ilə Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti fevral ayı ərzində bu ölkədə rəsmi səfərdə olacaq. SİA-nın yap.org.az-a istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Azərbaycan və Rumıniyanın əsas siyasi partiyaları arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək.

 

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının geniş beynəlxalq əlaqələri mövcuddur. Bu əlaqələrin daha da dərinləşməsi və genişlənməsi istiqamətində mühüm layihələr həyata keçirilməkdədir. Müxtəlif ölkələrin aparıcı siyasi partiyaları və demoktatik təsisatları ilə YAP arasında işgüzar və səmimi münasibətlər qurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə