"Azərbaycan Prezidentinin Brüsselə səfərindən bir neçə gün keçsə də, səfər, səfərin yekunları hələ də müxtəlif dairələrdə müzakirə mövzusudur və əlbəttə, bu, təbii, başadüşülən, qəbuledilən haldır (o da, başa düşüləndir ki, hələ səfəröncəsi də, gündəm Brüssel idi). Bəs qəbuledilməz olan nədir? - Qəbuledilməz olan odur ki, bir xeyli yanlış dəyərləndirmələr dolaşır virtual məkanda, mediada və s.. Bəli, deyilə bilər ki, yanlışlıq da insan halıdır, ola bilər və zamanla düzələr; lakin belə yanlışlıq, sanki düşünülmüş şəkildədirsə və bilərəkdən gündəliyə oturursa, bu başqa məsələ..! Bax, bu mövqelər dövlətçilik təfəkkürlü vətənkeş insanların əlinin tərsi ilə "etkisiz hal"a gətirilməlidir". Bunu SİA-ya açıqlamasında Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.
QHT rəsmisinin sözlərinə görə, Azərbaycan Prezidentinin Şərq Tərəfdaşlığı Proqramının 10 illiyi ilə bağlı işçi şam yeməyində çıxışı da daxil olmaqla, respublikamızın bölgədə oynadığı rol, (rəsmi istilahla desək) "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi", AB ilə Azərbaycan arasında olan bağlar haqqında fikirləri özünə diqqət tələb edir.
Prezident İlham Əliyevin Brüsselə səfərinin yekunları ilə bağlı hansı müəyyənliklər, keçmişə dayalı, gələcəyə yönəlik istiqamətlər fərqləndirilə bilər?
Öncə, onu deyək ki, Avropaya inteqrasiya, Qərbyönümlü siyasi kurs müstəqil dövlətimizin dəyişməz xəttidir. Yalnız bayrağımıza baxmaqla belə, bu sözlərin dərinliyini görmək çətin deyil. Özü də, bayraq yaradan şəxsiyyətlərimiz hələ 101 il bundan öncəki siyasi-ideoloji düsturla çağdaşlaşmaq (Avropaya inteqrasiya) xəttini simvolizə edən al-qırmızı boyanı milli və dini xətti bildirən göylə yaşılın arasında təsbit edib. Görünür, bu, alternativlərin ən yaxşısı sayılıb. Babalarımız düz edib! Və bugün də, DÖVLƏT BABA düz edir! - Bugün, (hələlik) ən yaxşı dövlətlər birliyi modeli sayılan Avropa Birliyi (AB) ilə işbirliyi, bu Birliyin hamı tərəfindən qəbuledilmiş dünyəvi dəyərlərini paylaşmaq özü də alternativlərin ən yaxşısıdır. Prezident İlham Əliyev müstəqil dövlətimizin xarakterini, sabit ideoloji-siyasi kursun gərkdirdiklərini, politologiyada QƏRARın tərifi kimi müəyyənləşmiş "alternativlətin ən yaxşısının seçilməsi" işinin örnəyini yaradır.
Yaxşı, bəs D.Tuskun dediyi məqamlar dövlətimizin hansı addımları ilə ortalığa çıxdı, fakta çevrildi? - Diqqət edək:
-Azərbaycan birgəyaşayış qaydalarını, xalqlararası hüquq normalarını davamlı gözləyən, bəlli ifadə ilə desək, "anti-semitizm" də daxil olmaqla, ayrı-seçkilik yürütməyən mədəniyyət iqliminə malikdir;
-Azərbaycan mədəniyyətlər, sivilizasiyalararası dialoq müstəviləri, platformaları yaradıb;
-AB ilə bağlı məsələlər Prezident İlham Əliyev tərəfindən respublikamızın xarici siyasətinin prioritetlərindən biri kimi müəyyən edilib, artıq bir çox sahələrdə qarşılıqlı faydalı işbirliyi qurulub;
-Azərbaycan Avropanın eneji təhlükəsizliyində əzm, iradə və imkanlara sahibdir;
-Azərbaycan hansısa böyük dövlətin forpostu deyil, öz müstəqil siyasəti ilə seçilir;
-Azərbaycan çətin və bir sıra dövlətlərin çəkingən durduyğu vaxtlarda da, qlobal layihələrə öncüllük edib, prinsipallıq göstərib, ölkələrarası daşımaçılıq dəhlizləri yaradıb;
-Azərbaycan (bir sözlə) zəngin iqtisadi imkanları olan ölkədir;
-Azərbaycan Qafqazın ən çox əhaliyə malik ölkəsidir və saytərkibində gənc nəsil çox önəmli yerə malikdir ( -yəni cəmiyyətdə dinamizim var);
-Azərbaycan siyasi məsuliyyətini, xalqlararası meydanda hüquq normalarını gözləyən, üzərinə düşən öhdəliklərə sadiq qalan bir respublika olaraq, işğalçı düşmənin yaratmış olduğu (bölgəni, müəyyən qədər Avropanı (dünyanı) da!) təhdid edən "elnolunmamış müharibə"yə münasibətdə belə dünya birliyinin çağrışlarına biganə qalmır və s.
Eyni zamanda,
- AB Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu qəbul olunmuş ikitərəfli sənədlərdə özünü aydın göstərir (2018-ci ildə Prezident İlham Əliyevin AB-nın mənzil qərərgahına səfəri zamanı paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədində AB Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini açıq şəkildə ifadə edib;
- "Yekun Bəyanat"ın qəbul olunması ilə bağlı irəli sürülən bəzi iddiaların əsası yoxdur. Tədbirdə ilkin olaraq tezislərdən ibarət yekun "Bəyanat" verilməsi nəzərdə tutulmuşdu; sonra isə bütün iştirakçı dövlətlərin rəyi də nəzərə alınmaqla AB-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Komissarının adından ümumi "Yekun qeydlər sənədi"nin qəbul olunması qərara alınıb. Bu sənəddə də AB-nin əvvəlki illərdə qəbul olunmuş sənədləri, o cümlədən 2017-ci il Brüssel Sammitinin yekunları ilə bağlı sənədin uyğun müddəaları da nəzərə alınıb.
- Biranlamlı şəkildə bildirmək olar ki, AB Şərq Tərəfdaşlığı proqramında iştirak edən bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.
***
Şübhəsiz ki, hazırda AB ilə Azərbaycan Respublikası arasında tərəfdaşlığa dair sənəd hazırlanması və bu sənəddə əsas müzakirə mövzusunun enerji və ticarət məsələləri olması siyasi fəal vətəndaşlarımıza bəllidir.
O da bəllidir ki, Azərbaycan AB ilə bərabərhüquqlu tərəfdaşdır və buna görə də öz vətəndaşlarının (o cümlədən hüquqi şəxslərin, şirkətlərin) çıxarlarını qorumalıdır. Buna görə də bərabərhüquqlu rəqabət mühitinin, başqa sözlə, daha dərin işbirliyi iqliminin formalaşdırılmasına səylər göstərilir. Yəqin heç təsadüfi deyil ki, məhz bu məqam qəbul olunması nəzərdə tutan tərəfdaşlıq sənədinin əsas qayələrindən birini təşkil edir.
Bir daha o qənaəti bölüşürük ki, Prezidentin Brüsselə səfəri və keçirdiyi görüşlər respublikamızla AB arasında tərəfdaşlığın möhkəmlənməsi baxımından önəm daşıyıb, ayrı-ayrı sahələr üzrə işbirliyi prioritetləri bir daha nəzrədən keçirilib.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət yalnız Azərbaycanın milli maraqlarına, ölkəmizin mövqelərinin möhkəmlənməsinə xidmət edir.
Dövlətimizin bayrağı uca olsun!
P.S. Brüssel şəhərinin adı, köhnə niderlandcadan çevirdikdə, "bataqlıq" ("bruoc")və (yenə köhnə niderlandcadan çevirdikdə, "məskən" ("sella") sözlərindən yaranıb, anlamı "bataqlıqda məskən" deməkdir; bizim Bakının anlamı isə "(Dənizə) Baxılan yer, "Ba(x)k+ı", "Hündür yer", "Müşahidə yeri" kimi yorumlana bilərsə də, daha çox "küləklər şəhəri" olaraq dillər əzbəridir. Ümidvaram, istər xarici, istərsə daxili "yanlışlıq ustaları", "önyarğılı"lar Brüssel bataqlığında batmadan, hadisələrə bir qədər ucadan (hündürdən) baxsalar, özlərinə də, ictimai fikrə də çox ziyan vurmamış olarlar...
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Kursk vilayətində iki ev atəşə tutulub
Dünya 17:55Braziliyada ölənlərin sayı 39-a çatıb
Dünya 17:10Şərura dolu düşüb
Hadisə 16:36Dörd obyektdə 63 kəsici-deşici alət aşkarlanıb
Hadisə 16:12Günəş elektrik stansiyası üzrə hərrac komissiyasının ilk iclası
İqtisadiyyat 15:15Qətl törədən keçmiş məhkum tutuldu
Hadisə 15:07Tovuzda zəlzələ olub
Hadisə 14:40Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib
COP29 14:39Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisi davam etdirilir - FOTOLAR - VİDEO
İqtisadiyyat 14:21Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM
Siyasət 14:17Neftçilərə mənzillər verildi - YENİLƏNİB
Sosial 13:58Səbaildə maşın oğurlayan şəxs saxlanılıb - FOTO
Hadisə 13:23Neftçilərə yeni mənzillər təqdim edilib - FOTOLAR
Sosial 13:20Millimiz Avropa Kubokunda bürünc medal qazanıb
İdman 12:57Baş nazir gələn həftə Türkiyəyə səfər edəcək
Siyasət 12:56Bazar gününə olan hava proqnozu
Hadisə 12:55Abşeronda gizli sex aşkarlanıb - FOTOLAR - VİDEO
Hadisə 12:54Sabunçuda köməkçi tikili yanıb
Hadisə 12:40Sumqayıtda ana övladları ilə itkin düşüb
Hadisə 12:04FHN -dən əhaliyə müraciət
Hadisə 11:33Qərbi Azərbaycan İcmasında hüquq komissiyası yaradılıb
Siyasət 11:32XRİTDX-dən istifadəçilərə xəbərdarlıq
Hadisə 11:30Bölgələrə yağış, Şahdağda isə qar yağıb
Hadisə 11:11Səfirlikdən Azərbaycan vətəndaşlarına müraciət
Siyasət 11:08Azərbaycan və Aİ arasında Orta Dəhlizin inkişafı məsələləri müzakirə edilib
İqtisadiyyat 11:07Ötən sutka 30 yanğına çıxış olub - FHN
Hadisə 10:51Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:5059 qumbara və 33 avtomat tapılıb
Hadisə 10:48DYP-dən MÜRACİƏT
Hadisə 10:46Avtomobil 74 yaşlı kişini vuraraq öldürüb
Hadisə 10:19Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb
İqtisadiyyat 10:01Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İqtisadiyyat 09:35Türkiyə ordusunun hərbçisi şəhid olub
Dünya 09:34Aktrisa eşq iddialarını yalanladı
Şou-Biznes 08:40Günəşdə güclü partlayış oldu
Dünya 08:22Kristen Stüart yenidən vampir roluna qayıdır - FOTO
Şou-Biznes 07:01Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar
Texnologiya 06:04Qəzzada ölən tibb işçilərinin sayı açıqlandı
Dünya 03:36Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir - FOTOLAR
İqtisadiyyat 01:57Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf
Mədəniyyət 00:55Özəl xəbərlər
Digər xəbərlərKonqresmenlərdən ABSURD YANAŞMA - TƏHLİL
Siyasət 3 May 17:04"Ulu Öndər bütün gücünü milli intibahımıza yönəltdi" - MÜNASİBƏT BİLDİRİLDİ
Siyasət 3 May 16:19Kökələ bilməyən insanlar kimlərdir? - MÜNASİBƏT BİLDİRİLDİ
Sosial 3 May 16:08Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8246 0,00%
- GBP 2,1333 0,00%
- RUB 0,0185 0,00%