Milli Məclisin deputatı Fazil Mustafa Bakı Beynəlxalq Avtovağalına və Beynəlxalq Hava Limanına qısa müddətdə daxil olub çıxan şəxslərdən rüsum almasını düzgün hesab etmir. SİA-nin məlumatına görə, F.Mustafa Milli Məclisin bu gün keçirilən iclasında bildirib ki, hava limanına da, avtovağzala da 10 dəqiqəlik girəndə də mütləq pul ödəməlisən: “Əgər vətəndaş orada uzun müddətə qalırsa rüsum tətbiq etmək olar. Yox əgər vətəndaş tez girib kimisə qarşılayırsa və ya kimisə yola salırsa ondan pul almaq düzgün deyil”.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB