Millət vəkili: “Sudanda referendumun keçirilməsi ilə Ermənistan iddiaları arasında heç bir oxşarlıq yoxdur”- AÇIQLAMA
"İstər Sudanda baş verən hadisələr, istərsə də referendumun keçirilməsi ilə Ermənistan iddiaları arasında heç bir oxşarlıq yoxdur". Bu sözləri tarix elmləri doktoru, millət vəkili Musa Quliyev SİA-ya açıqlamasında deyib. O bildirib ki, Ermənistan təcavüzkar bir dövlətdir, Azərbaycan ərazilərinə hücüm edərək ölkənin 20 faiz torpaqlarını işğal edib, bir sözlə işğalçı rejimi yaradıb: "Bütün bunalara baxarkən demək olar ki, Sudanda referendumun keçirilməsi, ayrı bir dövlətin yaradılması prosesi ilə Ermənistanın istəklərinin uyğun gəlməməsi birmənalıdır. Ermənistan təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Şurası Parlament Assambleyasının, İslam Konfransı Təşkilatının və digərlərinin qərarı olsa da onlar işğal olunan ərazilərdən çıxmaq istəmirlər".
Millət vəkili vurğulayıb ki, son illərə diqqət yetirdikdə Azərbaycanın fəaliyyəti nəticəsində Ermənistanın getdikcə küncə sıxılmış bir halda olduğunu görmək mümkündür.
O qeyd edib ki, Ermənistanın əsas işi münaqişənin həllinə dair prosesi uzatmaq, danışıqları yubatmaq, müxtəlif versiyalar irəli atmaqdır: "Düşmən tərəf münaqişəni nə qədər uzatmağa cəhd etsə də münaqişə gec-tez öz nəticəsini tapmalıdır. Ermənistan artıq diplomatik cəhətdən təcrid olunan bir vəziyyətə düşüb. O ki, qaldı iki ölkə arasında imzalanacaq sülh müqaviləsindən sonra referendumun keçirilməsinə, Konstitusiyamızda qeyd olunub ki, Azərbaycan ərazisi ilə bağlı məsələlərdə ölkədə ümumxalq referendumu keçirilə bilər. Lakin bu referendum tək Dağlıq Qarabağda deyil, bütün ölkə vətəndaşları arasında baş tuta bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB