“Wikileaks” ABŞ-da baş verən 11 sentyabr hadisələri haqqında yeni iddialar irəli sürüb-FOTO

“Wikileaks” ABŞ-da baş verən 11 sentyabr hadisələri haqqında yeni iddialar irəli sürüb-FOTO
Son zamanlar haqqında ən çox danışılan "Wikileaks" bu dəfə də ABŞ-da baş verən 11 sentyabr hadisələrini yenidən gündəmə gətirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 3 min adamın ölümünə səbəb olan hadisəyə 3 qətərli kömək edib. Bu iddialar ABŞ hökumətindən sızdırılan yeni "Wikileaks" sənədlərinə əsasən bildirilib.

Hadisədən 10 il keçməsinə baxmayaraq "Wikileaks" bu hadisəylə bağlı yeni bir iddia irəli sürüb. Belə ki, "Wikileaks"ın gizli sənədlərinə görə, hücumlara 3 qətərlinin kömək etdiyi iddia edilir.

"Wikileaks" sənədlərinə görə, hadisə əvvəlcə 3 qətərli tərəfindən Dünya Ticarət Mərkəzində, Ağ Evdə və Virginiyada müşahidə edilib. Hadisəsini törətmək üçün də qətərlilər hadisədən 3 həftə əvvəl Londondan Nyu-Yorka gəliblər.

10 gün sonra da Los Ancelesdə hava limanının yaxınlığındakı bir oteldə qalıblar və hücumlara bir gün qalmış Vaşinqtona gəlmək üçün bilet alıb, ancaq təyyarəyə minə bilməyiblər.

Sabahısı gün isə "Boeing" 757 tipli təyyarə 5 terrorist tərəfindən qaçırılıb və Pentaqon yerlə bir olub.

Meşal Alhajri, Fahad Abdulla və Əli Alfehaid adlı 3 qətərli şübhəli isə Londona geri qayıdıblar. Hadisədə şübhəli olduğu iddia edilən dördüncü şəxs də var. O da Məhəmməd Al Mansoori adlı Birləşmiş Ərəb Əmrliyinin vətəndaşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə