Yunanıstan xarici işlər nazirinin müavini Spiros Kuvelis Fəxri Xiyabanı ziyarət edib
Bu gün Yunanıstan xarici işlər nazirinin müavini Spiros Kuvelisin rəhbərli ilə nümayəndə heyəti və Azərbaycan Respublikası sənaye və energetika naziri Natiq Əliyevin rəhbərliyi altında nazirlik rəsmiləri Fəxri Xiyabanı ziyarət edib, Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyublar. SİA-nın məlumatına görə, daha sonra onlar görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın qəbirüstü abidəsini ziyarət edərək önünə gül düzüblər. Ardınca nazirlik rəsmiləri və qonaqlar Şəhidlər Xiyabanında ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Azərbaycan övladlarının məzarlarını ziyarət ediblər, "Əbədi məşəl" önünə əklil qoyublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB