Bu gün Azərbaycanda Gənclər günüdür. SİA-nın məlumatına görə, bu gün 1997-cı ildə Prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. 1996-ci ilin bu günündə Azərbaycan Respublikası gənclərinin I forumu keçirilib. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başlayıb.
Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.
Qeyd edək ki, ölkə əhalisinin 2,9 milyon nəfərini və ya 31.4 faizini 14-29 yaşında olan gənclər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB