2 fevral Gənclər Günü Zaqatalada qeyd edilib

2 fevral Gənclər Günü Zaqatalada qeyd edilib

2 fevral Gənclər Günü münasibətilə Zaqatala rayon Gənclər və İdman İdarəsi və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Qala düzü " istirahət mərkəzində tədbir keçirilib.

Tədbirdə rayonun idarə, müəssisə rəhbərləri, gənclər iştirak edib. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək gəncləri təbrik edib.

Daha sonra idman, təhsil və mədəniyyət sahələrində çalışan və fəallıqları ilə seçilən, bir sıra müsabiqələrin qalib olan gənclərə diplom və qiymətli hədiyyələr verilib.

Sonda rayon incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə