Paşinyan Rusiya bayrağını təhqir edənə yüksək vəzifə verib NÖVBƏTİ QALMAQAL
Edmon Marukyan: "Hökumət Araqasot qubernatorunun siyasi baxışlarından xəbərdar olubmu?”
“Bir neçə gün öncə KİV-lər materiallar işıqlandırıblar ki, Araqasotna vilayətinin qubernatoru David Gevorkyan bir zamanlar aksiyalarda iştirak edərkən, Rusiya Federasiyasının bayrağını yandırmağa çalışıb. Lakin polis ona bu imkanı yaratmayıb. Bundan sonra o, bayrağı tapdalayıb”.
SİA xəbər verir ki, bu barədə Ermənistanın aysor.am saytı ölkə parlamentinin “İşıqlı Ermənistan” fraksiyasından olan deputatı Edmon Marukyanın sözlərinə istinadən yazıb.
“Hesab edirəm ki, vətəndaşlar hər hansı bir ölkəyə qarşı öz mövqelərini bayraq yandırmaqla, tapdalamaqla göstərə bilərlər, lakin anlaya bilmirəm ki, mövcud hərəkəti edən şəxs Ermənistanda yüksək vəzifəyə, özü də qubernator statusuna necə nail olub?”, sualını verən Marukyan əlavə edib ki, xüsusilə hakimiyyətin Rusiya ilə “parlaq” münasibətlər qurmaq istədiyi vaxtda bu anlaşılmazlıq yaradır. SİTAT: “Yəni onlar bir tərəfdən Rusiyadan SU 30-SM qırıcılarının çatdırılmasını gözləyirlər və bəyan edirlər ki, biz strateji müttəfiqlərik, danışıqlar aparırlar ki, erməni sürücülük vəsiqələri Rusiya Federasiyasında tanınsın, hansı ki, bu da alınmır, ancaq digər tərəfdən, sözügedən adamı yüksək vəzifəyə təyin edirlər”.
Erməni deputatı sual edib: “Maraqlıdır, görəsən hökumət Araqasot qubernatorunun siyasi baxışlarından xəbərdar olubmu?”
Marukyan deputat həmkarlarından və hakimiyyətdən bu sualına cavab gözlədiyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB