“Yaxşı olardı ki, Azərbaycandakı vəziyyəti araşdıran beynəlxalq təşkilatlar digər qonşu ölkələrdə siyasi məhbusların olmasına göz yummasınlar”
"İnsan haqlarının təmin olunmasına Azərbaycanda daim xüsusi diqqət ayrılıb. Yaxşı olardı ki, Azərbaycandakı vəziyyəti araşdıran beynəlxalq təşkilatlar digər qonşu ölkələrdə siyasi məhbusların olmasına göz yummasınlar". SİA-nın məlumatına görə, bu sözləri AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov Milli Məclisin bugünki iclasında çıxışı zamanı deyib. O bildirib ki, qonşu ölkələrdəki həbsxanalarda da deputatların və jurnalistlərin saxlanmasına baxmayaraq 47 ölkə arasında yalnız Azərbaycanın adı çəkilib. Onun sözlərinə görə, bu, qeyri-obyektivdir və doğru deyil.
Qeyd edək ki,aAlman deputat Kristofer Ştrassel "siyasi məhbuslar"la bağlı hesabat hazırlamaq məqsədilə Azərbaycana səfər etməyi planlaşdırsa da az sonra bəyan edib ki, Azərbaycanın Almaniyadakı səfirliyi guya ona viza verməkdən imtina edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB