Paşinyan yenə inqilabdan danışır

Paşinyan yenə inqilabdan danışır

“Bəziləri Qarabağı əks-inqilab mərkəzinə çevirməyə çalışırsa, Qarabağ xalqı onu inqilabi yerə çevirəcəkdir”. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan deyib.

Nikol Paşinyan bəzi insanların tanınmamış Dağlıq Qarabağ Respublikasını əks-inqilab mərkəzinə çevirməyə cəhd etdiyini söyləyib. Mayın 10-da Ermənistan Baş naziri Facebook səhifəsində aşağıdakı qeyd edib:
"Mətbuatda bir çox insanlar qeyd edirlər ki, bəzi insanlar Dağlıq Qarabağın tanınmayan respublikasını əks-inqilab mərkəzinə çevirməyə çalışırlar. Qarabağın son səfərinə dair təəssüratlarımı bölüşəcəyəm. Bəzi insanlar oranı əks-inqilab mərkəzinə çevrilməyə çalışsalar, onda Dağlıq Qarabağ xalqı onu inqilabçı bir yerə çevirəcək ".

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə