Səməd Seyidov: "Dağlıq Qarabağla bağlı hər bir qurumun fəaliyyəti bizim üçün önəmlidir"

Səməd Seyidov: "Dağlıq Qarabağla bağlı hər bir qurumun fəaliyyəti bizim üçün önəmlidir"
"2011-ci ilin yanvar ayında AŞPA-nın qış sessiyasında Azərbaycan parlamentini yüksək şəkildə təmsil edən nümayəndə heyəti iştirak edir". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Azərbaycan nümayəndə heyətinin arxasında ölkə başçısının dayandığını dilə gətirən komitə sədri 2005-ci ildə Avropa Şurasında qəbul edilən qətnamədə Dağlıq Qarabağla bağlı Alt komitənin yaradılmasının əks olunduğunu xatırladıb. O söyləyib ki, 2 il fəaliyyət göstərən komitənin işi onun rəhbərinin vəfatı nəticəsində dayanıb: "Daha sonra komitə ermənilərin müdaxiləsi nəticəsində işini dayandırıb. Lakin Dağlıq Qarabağla bağlı hər bir qurumun fəaliyyəti bizim üçün önəməlidir. AŞ bürosunun iclasında AŞ prezidenti və vitse-prezidentlərinin iclasında aparılan müzakirələr əsasında Alt komitənin fəaliyyəti yenidən bərpa olundu. Komitə aprel sessiyasında fəaliyyətə başlayacaq. Komitənin başçısı isə İsveçrədən olan deputat seçilib". Millət vəkili bildirib ki, bu gün Azərbaycan Avropa Şurasına layiqli, güclü bir üzvdür: "Biz Avropa deputatlarına deyirik ki, Azərbaycanla hesablaşmaq lazımdır, yuxarıdan aşağı baxmaq lazım deyil. Biz Almaniya deputatının Azərbaycana qarşı fəaliyyətinə dair bəyanat verdik. Bildirdik ki, Almaniyanın deputatı, Avropa Şurasının deputatı kimi dəfələrlə Azərbaycanda olub, lakin Azərbaycana qarşı fəaliyyəti qəbulolunmazdır. Biz deyirik ki, Azərbaycanda insan haqlarını araşdıranlar onu başqa ölkələrdə araşdırsınlar. Bir ölkədə bunu araşdırmaq, digər ölkələrdə buna cəhd etməmək qeyri- obyektiv, düzgün olmayan məsələdir. Bu gün Azərbaycan dünyavi bir ölkədir, biz milli adət-ənənələri qoruyuruq. Azərbaycan bəlkə də yeganə ölkədir ki, burada bir sıra millətlər yaşayır, ölkəni inkişaf etdirir. Baxmayaraq ki, Azərbaycan Avropa Şurasında böyük nüfuza malikdir, lakin ehtiyatlı, agah olmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə