Ağcabədidə «Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası» mövzusunda konfrans keçirilib

Ağcabədidə «Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası» mövzusunda konfrans keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Dillər Universitetinin, Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə «Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası» mövzusunda II Beynəlxalq Elmi Konfrans çərçivəsində Ağcabədi rayonunda yerləşən 556 ailəlik məcburi köçkün qəsəbəsində yerləşən Xocavənd rayon Xocavənd kənd 1 saylı köçkün tam orta məktəbdə konfrans keçirilib. Konfransı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı il ildönümü münasibətilə keçirilən Beynəlxalq Elmi Konfransının bölgələrdə davam etdiyini bildirib. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliyi və xalqımız qarşısındakı misilsiz xidmətləri barədə məlumat verib.
Konfransda Azərbaycan Dillər Universitetinin dosenti Ceyhun Alıyev «Multikulturalizm və dini identiklik» mövzusunda, Azərbaycan Dillər Universitetinin müəllimi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Şəfəq Abdullayeva «Heydər Əliyev-azərbaycançılıq ideologiyası və multikulturalizm» mövzusunda, Azərbaycan Dillər Universitetinin müəllimi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Sevda Məhərrəmova «Multikulturalizm Azərbaycanda beynəlxalq münasibətlərin elementi kimi» mövzusunda, Xocavənd rayon Xocavənd kənd 1 saylı köçkün məktəbinin müəllimi Gülbuta Tahirova «Heydər Əliyevin gənc nəslə tövsiyələri» mövzusunda, həmin məktəbin müəllimi Mehriban Behbudlu «Heydər Əliyev və Azərbaycan məktəbi» mövzusunda çıxış ediblər. Ağcabədi rayon Ağsaqqallar Şurasının sədri, YAP Ağcabədi rayon təşkilatının şura üzvü Əlizadə Nəcəfov çıxış edərək, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.
Tədbirin sonunda Xocavənd rayon Xocavənd kənd 1 saylı köçkün tam orta məktəbin V sinif şagirdi Sərmayə Mehralıyeva şeir söyləmiş, məktəbin direktoru Sürəyya Məmmədova tədbirdə iştirak etdiklərinə görə qonaqlara öz təşəkkürünü bildirmişdir.

ZÜMRÜD BAYRAMOVA


Bütün xəbərlər Facebook səhifəmizdə