Komitədə gürcüstanlı deputatlarla görüş keçirilib

Komitədə gürcüstanlı deputatlarla görüş keçirilib

Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Diasporla İş Üzrə Dövlət Komitəsində olub. Bu barədə SİA-ya komitədən məlumat verilib.

Dövlət Komitəsinin sədri Fuad Muradov görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından danışıb.

Dostluq qrupunun rəhbəri Zviad Dzidziquri Azərbaycanla Gürcüstan arasında sosial-mədəni sahədə əməkdaşlıq barədə fikirlərini bölüşüb. O, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Gürcüstan diasporlarının əməkdaşlığı, parlamentlərarası əlaqələrin inkişafı, diaspor fəaliyyəti ilə bağlı görülən işlər barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə müxtəlif layihələrlə bağlı təkliflər səsləndirilib və bu təkliflərin həyata keçirilməsində işçi qrupunun rolu diqqətə çatdırılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə