"Paşinyan əl-qolu bağlanmış vəziyyətə düşüb" ÖZƏL-MÜNASİBƏT

"Paşinyan əl-qolu bağlanmış vəziyyətə düşüb" ÖZƏL-MÜNASİBƏT

"Ermənistan baş naziri Nikol Paşinyanın may ayının 29-da Moskvaya səfərinin əsas səbəbi 1 illik hakimiyyətinin hesabatını verməkdir. Bu bir il ərzində Paşinyan seçki ərəfəsində xalqına verdiyi sözü tuta bilmədi. Paşinyan rüşvət və korrupsiya ilə amansız mübarizə aparacağını, ölkənin iqtisadiyyatını gücləndirəcəyini və nəhayət Avropaya tam inteqrasiya edəcəyini vəd etsə də daxili çəkişmələr səbəbindən proses dalana girənmiş kimi görünür". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, Levon Ter Petrosyandan hakimiyyəti qaparaq “Ermənistanda uzun illər hakimlik edən “Qarabağ klan”ı məğlub olsa da əllərində kifayət qədər maddi və inzibati resuslar qalmaqdadır: "Bu klan birbaşa Rusiya ilə bağlı olduğu üçün Paşinyana qarşı kifayət qədər güc göstərə bilirlər. Qərbə inteqrasiyaya can atan Paşinyan bu klanın təzyiqi ilə əl-qolu bağlanmış vəziyyətə düşüb. Bir zamanlar Ermənistan hakimiyyəti Rusiyanın yanında “sadiq köpək” rolunda idisə, artıq bu vəziyyət şallaqla əvəz olunub. Hakimiyyəti itirmək qorxusu və Dağlıq Qarabağda status-kvonu davam etdirmək niyyəti Paşinyan sələflərini buraxdığı səhvləri təkrarlamağa vadar edir. Putin isə Cənub Qafqazda mövqeyini və hegemonluğunu qoruyub saxlamaq üçün Ermənistanı öz təsir dairəsindən buraxmayacaq. Ona görə də Dağlıq Qarabağın mövcud durumunu saxlamağa cəhd edəcək. Problemin həlli ilə bağlı təklif olunan bütün paket və razılaşmalar birtərəfli qaydada Rusiyanın təhriki və Ermənistanın iştirakı ilə bloklanılır. Gəlib keçmiş və indiki Ermənistan rəhbərlərinin Rusiyaya səfərlərinin nəticələri Qarabağ problemin həllinin tormozlanmasına xidmət edib".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə