“İsrail Azərbaycanın düşməninə bir güllə belə verməyəcək” – Efraim Sne
"Əgər Ermənistan İsraillə münasibətləri yaxşılaşdırmaq istəyirsə, hesab edirəm ki, bundan imtina etməyəcəyik. Ancaq həmişə yadda saxlamaq lazımdır, İsrail heç vaxt Azərbaycanın düşmənlərinə bir güllə belə kömək etməyəcək. Unutmayın, bir güllə”. SİA-nın İsrailin stmegi.com saytına istinadən verdiyi məlumata görə, bu sözləri İsrailin müdafiə nazirinin keçmiş müavini Efraim Sne deyib.
Onun sözlərinə görə, İsrail Ermənistanı Azərbaycana qarşı istifadə edə biləcək heç nə ilə təmin edə bilməz: "Xeyr, yox və yox. Bu bizim mövqeyimizdir. Əminəm ki, hökumətimizdə bunu başa düşməyən və bilməyən kimsə yoxdur, bunun üçün kifayət qədər axmaq olmalısan. İsrail, hətta bir milliqram da Azərbaycanın düşməninə kömək etmir, heç bir şəkildə. Biz müttəfiqik, biz qardaşıq".
İsrailin müdafiə nazirinin müavini İsrailin Azərbaycana hansı müasir silahları təklif edə biləcəyi ilə bağlı fikirlərə toxunaraq bildirib ki, İsrailin belə məsələləri açıq şəkildə müzakirə etməsi axmaqlıq olardı: "Mən yalnız ikitərəfli münasibətlərdən danışa bilərəm, amma silahlarla bağlı bir söz deyə bilmərəm, bü gizli məsələdir. İkitərəfli münasibətləri yaxşı qiymətləndirirəm. Ancaq daha yaxşı olması gərəkdir. Mədəniyyət və elm sahələrində, müdafiə sahəsi ilə məhdudlaşmamaqla dostluq və əməkdaşlığı genişləndirməliyik. Amma mədəniyyət, elm, akademik araşdırma sahəsində universitet səviyyəsində əlaqələrimizin inkişaf etdirilməsi lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB