Payinyan çıxış yolu tapa bilmir
Ermənistan xalqı hələ də müstəqilliyin nə demək olduğunu dadmayıb. Çünki 21 sentyabr 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra, bu ölkədə hakimiyyət dəyişikliyi ilə nəticələnən və ictimai-siyasi həyatı kökündən dəyişdirən iki hadisə yaşanmışdır. Bu hadisələrdən birincisi Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı probleminin (Dağlıq Qarabağ probleminin) həll edilməsi üçün göstərdiyi təşəbbüsün öz yaxın ətrafı tərəfindən belə qəbul edilməməsi səbəbilə istefa etməsi və Robert Koçaryanın hakimiyyətə gəlməsi; ikincisi isə Serj Sarkisyanın 10 il hakimiyyət kürsüsündə oturmasına baxmayaraq, baş nazir postuna sahib olduqdan sonra xalqın etiraz dalğası qarşısında müqavimət göstərməyərək, baş nazir postundan istefa verməsi və Nikol Paşinyanın hakimiyyətə gəlməsidir. Və bu gəlişlə "küçə demokratı" Nikol Sarkisyanın yolunu davam etdirməkdədir.
"Arxalı köpək qurd basar"
Beləliklə, elə həmin gündən Ermənistan sosial problemlərin məngənəsində boğulamaqdan xilas olmaq üçün yenidər ölkədə etiraz aksiyaları başladı və bu gün bu problemlər birə-on qat artıb. Əgər Sarkisyanın istefa ərəfəsi günlərini xatırlasaq, görərik ki, eyni ilə həmin hadisələr Nikol Paşinyan hakimiyyətində də baş verməkdədir. Əgər oturaq aksiya keçirən insanlar "Talana, yalana son qoy, Sarkisyan!" şüarı ilə çıxış edirdilərsə, indi də Payinyana "küçə demokratı, yalan vədlərə son qoy!" şüarını səsləndirirlər. Hətta küçə alverinə imkan verməyən Paşinyana 80 yaşlı qadın "Dağılsın bu dövlət!", "Rədd olsun bu hakimiyyət" şüarları ilə çıxış etməsi deyilənləri təsdiqləyən faktlardır. Etirazçılar bildirirlər ki, uzun zamandan bəri Ermənistanda davam edən aclıq, səfalət və insanlara qarşı təzyiq bu gün Nikolun hakimiyyəti dövründə son həddə çatıb.
Erməni mətbuatının yazdığına görə, ölkədə yaranmış ağır durumla bağlı erməni ekspertləri bildirirlər ki, hər şeyin bir sonu olduğu kimi, Paşinyanın da oyunbazlığının sonunun zamanı gəlir: "Paşinyan minbir hiylə ilə hördüyü corabın toruna özü düşüb. Ölkə fəlakət durumundadır. Repressiv şərait və ağır sosial-iqtisadi durum üzündən ölkəni tərk edənlərin sayı sürətlə artır".
Ermənistanda yoxsulluq həddi 52 faizi keçib
Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə ölkə əhalisinin yarıdan çoxu yoxsulluq həddində yaşayır: "2008-ci ildə yoxsulluq həddi 27,6 faiz olub, bu gün isə bu göstərici artıq 52 faizi keçib. 2014-cü ildə Ermənistanın 5 min 242 vətəndaşı 44 ölkədən siyasi sığınacaq istəyib. Son iki ildə isə Ermənistandan siyasi sığınacaq üçün 10 min vətəndaş müraciət edib. Siyasi miqrasiya ilə yanaşı, Ermənistandan iqtisadi mühacirət də artıb. Son dönəmlərdə Ermənistandan mühacirət 4 min nəfər artaraq, 47 minə çatıb. Bunun nəticəsidir ki, Ermənistanda bölgələrdə yaşayan əhalinin sayı sürətlə azalan istiqamətdə inkişaf edir. Dramın qiymətdən düşməsi ölkədə bahalaşma prosesini sürətləndirib. Bu gün işğalçı Ermənistanda vəziyyət çox acınacaqlıdır. İqtisadiyyat böhran içərisindədir. Xaricdən axan külli miqdarda yardımlar isə əvvəlki səviyyədə olmadığından, əhalinin sosial durumu daha da ağırlaşıb. İstehsalat dayanıb, sənaye müəssisələri işləmir. Əmək haqları verilmir. Ermənistan əhalisi yoxsulluqdan kütləvi şəkildə ölkəni tərk edir. İşğalçı ölkədə ticarət dövriyəsinin azalması problemləri daha da dərinləşdirir. Ermənistan artıq hər ayı iqtisadi geriləmə ilə başa vurur. Son dövrlərdə ölkədə xarici ticarət dövriyyəsi 222,5 milyon dollara bərabər olub. Bu isə, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 51 faiz azdır".
Ermənistanın xaricdən iqtisadi asılılığı birə-on qat artıb. Xarici borc isə həddən artıq çoxalıb və onu qaytarmaq üçün ölkə lazımi resurslara malik deyil. Xarici ianə və yardımların kəsiləcəyi təqdirdə, Ermənistanın daha böyük səfalətə sürüklənəcəyi şəksizdir. Əhalinin getdikcə dərinləşən sosial problemləri, işsizlik, xarici sərmayənin az olması, istehsalın yoxluğu vəziyyəti daha da ağırlaşdırır. Ölkənin istehsalı, əsasən, dağ-mədən və kimya sənayesi çərçivəsində olub ki, hazırda burada da ciddi tənəzzül hökm sürür. Ölkə iqtisadiyyatını böhrana sürükləyən Paşinyan heç və Serj Sarkisyan iqtidarından geri qalmır. Təkcə son iki ayda hökumət müxtəlif maliyyə qurumlarından üst-üstə 450 milyon dollardan çox kredit alıb. Bununla da, Ermənistanın ümumi xarici kredit borcu artıq 6 milyard dollara çatıb. "Aykakan Jamanak" qəzeti yazır ki, Sarkisyan hakimiyyəti dövründə olduğu kimi, Paşinyan hökumətinin yalan vədlərinin böş və mənasız olduğunu artıq anlayır və sadəcə, xalqı aldatdığını aydın görürlər.
Bir sözlə, acınacaqlı siyasi situasiya ilə üzləşən N.Paşinyan, necə deyərlər, Ermənistanı iflasdan-iflasa sürükləməkdədir. Bu, faktdır ki, Ermənistanın heç bir sərvəti olmayan, qonşu ölkələrlə iqdisadi potensialı olmayan və nədən qazanıb iqdisadiyyat quracağı bəlli deyil.
Mübariz Əhmədoğlu: "Paşinyanın ağıllı-savadlı və dərin düşüncəli rəhbər olmadığını erməni xalqı elə ilk gündən görüb"
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu N.Paşinyanın ağıllı-savadlı və dərin düşüncəli rəhbər olmadığını erməni xalqı elə ilk gündən görüb: "Bir sözlə, Paşinyanın hakimiyyət dönəmini təhlil edən siyasi şərhçilər və araşdırmaçı erməni yazarlar ölkədə heç bir inkişaf və islahatlar getmədiyini qeyd edirlər. Sabiq prezident Serj Sarkisyanın dövründən qalan tənəzzül, iflas, korrupsiya və bürokratik əngəllər bu gün də davam etməkdədir. Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Serj Sarkisyanın tərəfdarlarını vəzifələrdən çıxarmala və ya bir qismini həbsə atdırmaqla bir növ işini bitmiş hesab edir.
Ermənistan geridə qalmış ölkə kimi hər zaman Rusiyanın köməyi hesabına yaşadığı sirr deyil. İndi isə Nikol Paşinyanın Avropa dəirələrinin köməyinə güvənərək, yardım istəməsi də ölkənin iflas həddində olduğunu aydın şəkildə görmək mümkündür. N.Paşinyan S.Sarkisyanın yolunu tutub getməsi erməni xalqını daha ağır iflas vəziyyətinə salır".
Ekspert: "Paşinyan özündən əvvəlki hakimiyyətdən daha pozucu və təxribatçı siyasət aparmağa çalışır"
Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin Dağlıq Qarabağ münaqişənin nizamlanması ilə bağlı danışıqlarda tərəf kimi iştirak etməli olduğu barədə bəyanatının məqsədi danışıqları uzatmaqdan başqa bir şey deyil.
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, N.Paşinyan yeni vəzifəsində özünü konstruktiv göstərməyə cəhd etsə də, əslində, özündən əvvəlki hakimiyyətdən daha aqressiv, daha pozucu və daha təxribatçı siyasət aparmağa çalışır: "Paşinyan bu gün Qarabağ probleminin həlli üçün illərdən bəri formalaşmış danışıqlar formatını dəyişməyə cəhd edir. Onun qondarma rejimin danışıqlar prosesində tərəf kimi iştirakı ilə bağlı iddiası formatı dəyişmək cəhdidir. Bilirsiniz ki, ATƏT-in Minsk Qrupunun mandatına uyğun olaraq, münaqişənin tərəfləri Azərbaycan və Ermənistan, münaqişənin maraqlı tərəfləri isə, Dağlıq Qarabağın Azərbaycan və erməni icmalarıdır. Danışıqlar da Azərbaycan və Ermənistan arasında gedir. Bu format çərçivəsində Azərbaycan indiyə qədər Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti barədə dünyada lazımi rəy yarada bilib. Bütün dünya bilir ki, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır, Ermənistan təcavüzkardır, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf 7 rayonu işğal altındadır. Dünya artıq qəbul edir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və ilkin olaraq, status-kvonun dəyişdirilməsi şərti ilə həll olunmalıdır. Bu gün Paşinyan bu fikri ortaya atmaqla formalaşmış həmin siyasi və hüquqi çərçivəni dəyişməyi hədəfləyib. Burada da məqsəd Dağlıq Qarabağ münaqişəsində danışıqlar prosesini yubatmaqdan başqa bir şey deyil. Paşinyan indi də qondarma rejimi dünyaya müstəqil subyekt kimi tanıtmağa cəhd edir. Bu da danışıqları pozan, qeyri-konstruktiv hərəkətdir və indiyə qədər əldə olunmuş nəticələri alt-üst etmək məqsədi güdür. Çox güman ki, Minsk Qrupunun həmsədrləri bunu anlayacaq və Paşinyanın bu siyasətinin qarşısında lazımi maneələr qoyacaq".
Ekspert qeyd edib ki, vaxt uzatmaq, vaxt itirmək Azərbaycana sərf etmir. Paşinyanın məqsədi bu substantiv danışıqlardan yayınmaqdır. Amma məqsədinə çata bilməyəcək.
Paşinyanın bəyanatlarında məqsəd zəif hakimiyyətini qoruyub- saxlamaqdır
Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən bir-birinin ardınca sərsəm bəyanatlarla çıxış etməsinə politoloqlar münasibət bildirərkən, vurğulayıblar ki, o, hakimiyyətini qorumaq üçün belə bir addım atır. Politoloqlar vurğulayırlar ki, siyasi savadsılıq, xarici siyasətdən uzaq, "küçə demokratı"ndan ancaq belə sərsəm bəyanatlar gözləmək olar. Politoloqlar bildirirlər ki, sosial problemlər üzrəində hakimiyyətə gələn Paşinyan və onun komandası bu problemləri həll etməyə qadir deyil. Ona görə də, Qarabağ məsələsi ilə bağlı yersiz bəyanatlar verir. Politoloq Mübariz Əhmədoğlu deyir ki, Paşinyanın Qarabağa dair dedikləri də ciddi qəbul olunmur.
Rusiya Siyasi Araşdırmalar İnstitutunun rəhbəri Sergey Markov "ATV.az"-a açıqlamasında bildirib ki, Paşinyanın açıqlamaları danışıqlar prosesini yubatmaq cəhdidir və o, bu yolla zəif hakimiyyətini saxlamağa çalışır. Yəni hakmiyyət bölgüsünü aparmamaq, birbaşa təmaslara keçməmək onun məqsədli şəkildə atdığı addımlardır: "Paşinyan bilir ki, hakimiyyəti o qədər də möhkəm deyil və ona görə də, Dağlıq Qarabağla bağlı vətənpərvər hisslərə arxalanmağa çalışır. Buna görə də, ilk olaraq, Qarabağa səfər etdi və gurultulu bəyanatlar verdi. Düşünürəm ki, Rusiya prezidenti Vladimir Putinlə futbol üzrə dünya cempionatı ərəfəsində gözlənilən görüşü zamanı Paşinyan özü Qarabağ məsələsini gündəmə gətirəcək, çünki Rusiya tərəfindən dəstək gözləyir. Amma ona bu dəstəyin veriləcəyini düşünmürəm. Çünki Rusiya onun hansı mövqeyə xidmət etdiyindən xəbərdardır".
Qeyd edək ki, Ermənistanın sabiq prezidentlərindən biri olan Robert Koçaryan da Paşinyanı səriştəsizlikdə günahlandıraraq, Dağlıq Qarabağla bağlı onun mövqeyini məsuliyyətsizlik adlandırıb. Koçaryan deyib ki, Paşinyanın bu kimi sərsəm bəyanatları onun Ermənistanın sabiq prezientləri ilə şəxsi hesablaşmalarından irəli gəlir.
Ermənistanın çıxış yolu - işğala son qoymaq!
Ekspert və şərhçilərin sözlərinə görə, Ermənistanın çıxış yolu işğala son qoymaqdır. Siyasi şərhçi Elçin Mirzəbəyli fikrincə, Paşinyan Ermənistanın işğala son qoymaqdan başqa çıxış yolu qalmayıb. Bu, artıq qabarıq şəkildə özünü büruzə verməkdədir. Paşinyanın hakimiyyətə gəlməsinə yandırılan yaşıl işığın təsadüfi olmadığını dilə gətirən E.Mirzəbəyli söyləyib ki, Ermənistanda keçirilən seçkilərdə total pozuntulara baxmayaraq, nə Qərb təşkilatları, nə də MDB müşahidəçi missiyası prosesin əleyhinə hər hansı fikir səsləndirmədi: "Görünür, hər iki tərəf, faktiki olaraq, Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdırlar. Bu, şübhəsiz ki, regionda baş verən proseslərlə, o cümlədən də, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ola bilər".
Ermənistanın xilası Azərbaycanın əlindədir
Ötən dövr çox aydın şəkildə göstərir ki, Azərbaycanla normal münasibətlər yaratmadan, Ermənistanın bir dövlət olaraq, mövcudluğunu davam etdirməsi mümkün deyil.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu uğurlar ölkəmizin beynəlxalq miqyasda da mövqeyini əhəmiyyətli dərəcədə gücləndirən faktorlardan biri kimi çıxış edir: "Bütün bunlara paralel olaraq uğurlu xarici siyasət Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini ölkəmizə yönəldib. Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir".
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB