Samux rayonunda qədim dövrlərə aid tarixi abidə aşkar edilib. Bu barədə SİA-nın bölgə müxbirinə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Süleyman Əliyev məlumat verib.
Onun sözlərinə görə, abidə Zazalı kəndi ərazisində tapılıb. 35-40 metr uzunluğunda və 4-5 metr enində olan abidə torpağın səthindən təxminən 3 metr aşağıda yerləşir.
Artıq ərazidə arxeoloji qazıntıların aparılması üçün Mədəniyyət və Turizm Nazirliyinə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasına müraciət olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB