"Putin Trampın nə etmək istədiyini öyrənmək istəyib" ÖZƏL-MÖVQE

"Putin Trampın nə etmək istədiyini öyrənmək istəyib" ÖZƏL-MÖVQE

"ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı olub". Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, əsas 3 mövzu müzakirə olunub: "Putinin Şimali Koreya lideri ilə görüşü, Ukraynada prezident seçkisinin nəticələri və Venesuelladakı vəziyyət. Bəri başdan deyək ki, Ukrayna mövzusu Trampı o qədər də maraqlandırmır. Yəni Donbasdakı münaqişə ilə bağlı Minsk razılaşması yerinə yetirilir və ya yerinə yetirilmir, bu Trampı az narahat edir.

Ağ Ev sahibi Putinin Şimali Koreya lideri Kim Çen Inlə konkret nə danışdığını bilmək istəyib. Putin hərif deyil, telefon söhbətində Trampa lazım olduğundan çox məlumat verməzdi. O ki qaldı, Venesuellaya bu mövzu isə daha çox Putini narahat edir. Çünki Kreml sahibi görür ki, Vaşinqton düyməyə basıb və Venesuellanın prezidenti Niklolas Maduronu devirmək istəyir. Putin onu da yəqin bilir ki, Vaşinqtonun dəstəyi ilə Maduronun yerinə gələn istənilən prezident Venesuellanın xarici siyasətini Rusiya istiqamətindən döndərəcək. Rusiyanın Cənubi Amerikadakı tək qalası əldən çıxacaq, bu ölkənin enerji sahəsinə qoyduğu milyardlarla dollar yatırım batacaq. Ona görə də Putin də Trampın Venesuellada nə etmək istədiyini öyrənmək istəyib. Ancaq qoca ticarətçi Tramp da hərif deyil".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə