"Azərbaycan öz multikulturalizm siyasəti ilə tanınan ölkədir"

"Azərbaycan öz multikulturalizm siyasəti ilə tanınan ölkədir"
"Azərbaycan öz multikulturalizm siyasəti ilə tanınan ölkədir. Azərbaycan dünya səviyyəsində multikulturalizmi dövlət siyasətinin bir hissəsi kimi qəbul edən azsaylı dövlətlərdəndir". xəbərinə görə, bunu Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti" mövzusunda keçirilən paneldə Prezident Administrasiyası (PA) Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov deyib. O bildirib ki, multikulturalizm etnik mədəni müxtəlifliyin müdafiəsinə yönəlib: Azərbaycan bu siyasəti illər boyu yürüdür. Ötən gün Forumun açılış mərasimində Prezident İlham Əliyev də bildirdi ki, multikulturalizm Azərbaycan dövlətinin əsas siyasətidir". Bu gün multikulturalizmin əhəmiyyətindən danışdıqda onun funksiyası üxtəlifliyin cəmiyyətdə qorunması ilə bağlıdır. Azərbaycan illərdir ki bu siyasəti həyata keçirir".
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə