Forumda etnik-mədəni müxtəliflik və fəsadları müzakirə olunub PANEL
"V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu "Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti" mövzusunda panellə davam edir. SİA-nın xəbərinə görə,
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov moderatorluğu ilə keçirilən paneldə
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Mübariz Qurbanlı, Etnik Anlaşma Fondunun Prezidenti Rabbi Mark Şnayer, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-dakı Nümayəndəliyinin rəhbəri Janna Skot və digərləri iştirak edir.
Qonaqları təqdim edən moderator bildirib ki, bu günkü qloballaşmanın önündə duran etnik müxtəliflik çox mühümdür: "Etnik və mədəni müxtəliflik müsbət fenomendir. Bu müxtəlif insanın davranışına, vərdişlərinə bağlanır. Bu dəyərlər fəaliyyətimizi təmin edir. Belə olmazsa münaqişələrə yol açır".
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev söyləyib ki, bu gün multikulturalizmin əhəmiyyətindən danışdıqda onun funksiyası Müxtəlifliyin cəmiyyətdə qorunması ilə bağlıdır: "Azərbaycan illərdir ki bu siyasəti həyata keçirir.Multikultural təhlükəsizlik mədəni dəyərlərin təmin olunması, qorunması deməkdir. Əks halda etnik dini qarşıdurmalara yol aça bilər. Son dövrlərdə dünya ölkələrində ksenafobiya, münaqişə, iğtişaşlar artmaqdadır.
Azərbaycanda cəmiyyət daxilində bütün konfessiyalara dövlət tərəfindən münasibət bərabər yönəlib".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında deyib ki, hazırki sivilizasiyalar özündən əvvəlkilərdən fərqlənir: "Bizə qədər dünyada 10-da qədər sivilizasiyalar mövcud olub. Hazırda dini müxtəlifliklərdən istifadə edərək bəşəriyyət üçün təhlükələr yaratmaq mümkündür.
Yalnış" ideologiyalar" nəticəsində hazırda dünyada bir sıra iğtişaşlar, münaqişələrin, islamofobiya, ksenafobiyanın şahidi oluruq".
Komitə sədri qeyd edib ki, bəzi siyasətçilər multikultural Dəyərlərin uyğun olmadığını təlqin etmək istəyirlər: Lakin multikultural dəyərlərə dünyada əhəmiyyətini getdikcə artırır. 2011-ci ildən həyata keçirilən
Forumlarda dini müxtəlifliklərlə bağlı məsələlər müzakirə olunur".
Paneldə çıxış edən Etnik Anlaşma Fondunun Prezidenti Rabbi Mark Şnayer söyləyib ki, antisemitizm nəinki azalır, əksinə azalır. Müsəlman dövlətləri sırasında
Azərbaycan dəfələrlə göstərib ki, müsəlmanlarla yəhudilər arasında normal münasibətlər qurmaq mümkündür: "Qoy bu ölkələr Azərbaycandan öyrənsin".
Panel çıxışlarla davam edib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB