"Bakı Forumu artıq unikal beynəlxalq platformaya çevrilib" ÖZƏL-MÜNASİBƏT

"Bakı Forumu artıq unikal beynəlxalq platformaya çevrilib" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə, Bakı Prosesi 2008-ci ildən Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə başlayıb. Ötən müddət ərzində biz Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılan iştirakçı ölkələrin sayının artdığının, eyni zamanda daha çox beynəlxalq təşkilatın yüksək rütbəli rəsmilərinin Prosesə qatıldığının şahidi oluruq. Forumun coğrafiyası da kifayət qədər genişlənib". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Siyasi şərhçinin sözlərinə görə, Bakı Forumu artıq unikal bir beynəlxalq platformaya çevrilib və bu da nəticə etibarilə Azərbaycanın dünyada münaqişələrin tənzimlənməsi prosesində aktiv mövqeyini önə çəkir: "Bu aspektdən də şübhəsiz ki, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu xüsusi əhəmiyyətə malikdir. Bildiyiniz kimi cənab Prezident Forumda açılış nitqi ilə çıxış etdi və bir sıra mühüm istiqamətlərə diqqət çəkdi və bu gün münaqişələrin yaranma səbəblərini vurğuladı. Dövlət başçısı həmçinin irqçiliyin, dini və milli ayrı-seçkiliyin bəşəriyyət üçün nə qədər böyük təhlükə yaratdığını qeyd etdi. Prezident eyni zamanda bildirdi ki, yeni çağırışlar meydana gəlib. Bu çağırışların içərisində sosial şəbəkələrdə diskriminassiya hallarının daha da geniş yayılması narahatedicidir. Əslində Forumun panellərində qoyulan mövzular da Azərbaycanın bu gün dünyada baş verən problemlərə nə qədər həssas yanaşdığını, eyni zamanda bu problemlərin həlli yolu istiqamətində ciddi addımlara səy göstərdiyini sübuta yetirir. Şübhəsiz ki, Bakı platforması davamlı olacaq.

Xüsusilə qeyd etmək lazımdır ki, bura qatılan qonaqların həm yüksək ranqlı olmasına, həm də daha çox ölkəni əhatə etməsinə görə ilk növbədə, Azərbaycan dövlətinin mövqeyindən və Azərbaycan Prezidentinin beynəlxalq nüfuzundan xəbər verir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə