"Forumun əhəmiyyətini danmaq mümkün deyil" ÖZƏL-RƏY

"Forumun əhəmiyyətini danmaq mümkün deyil" ÖZƏL-RƏY

"Paytaxt Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi özü mühüm əhəmiyyət kəsb edir. Çünki Azərbaycan dünyəvi dəyərləri qəbul edən bir dövlət olduğu üçün multikultural dəyərlər də ölkəmiz üçün çox mühüm əhəmiyyətə malikdir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

Siyasi şərhçinin sözlərinə görə, cənab Prezident İlham Əliyevin Forumun açılışında etdiyi çıxışında da bir daha əmin olduq ki, dünyanın ən aparıcı dövlətlərinin, hətta güc sahiblərinin, nümayəndələrinin Azərbaycana gələrək bu mühüm əhəmiyyət kəsb edən Forumda iştirakı ilə ölkəmiz bir tolerantlıq, eyni zamanda multikultural dəyərlər nümunəsi olaraq bu gün dünyada tanınır: "Forum iştirakçılarına nəzərə saldıqda isə deyə bilərəm ki, müasir dünyada söz sahibi olan KİV-lərin, siyasətçilərin, iqtisadçıların və bunların müxtəlif istiqamətdə özlərinin nüfuz dairəsi olan şəxslər olduğu bir daha aydın görünür. Təbii ki, bu da Azərbaycan üçün çox vacibdir. Azərbaycanda baş verən hadisələrin, islahatların, hərbi əməliyyatların və s. Qarabağ həqiqətlərinin dünyaya çatdırılması da çox mühüm əhəmiyyət kəsb edir. Beləcə burada Forumun rolunu danmaq mümkün deyil. Forum ona görə də hərtərəfli Azərbaycanın nailiyyətlərini, müstəqilliyini, suverenliyini, vətəndaşın rifahını dünyaya çatdırmaq üçün mühüm bir müstəvidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə