Ermənistan parlamentində toyuqlu etiraz

Ermənistan parlamentində toyuqlu etiraz

Ermənistanın “Aazanq” vətəndaş təşəbbüs qrupu Ermənistan parlamentinin binası qarşısında vergi problemlərinə etiraz olaraq etiraz aksiyası keçirib. SİA aysor.am-a istinadən xəbər verir ki, tə.şəbbüs qrupu etirazlarını özünəməxsus şəkildə keçiriblər. Belə ki, onlar parlamentin həyətinə toyuqlar buraxıblar. “Biz, hesab edirik ki, hökumət Ermənistan vətəndaşlarını gic yerinə qoyub”, deyən etirazçılar bildiriblər ki, vergi qanunvericiliyi layihəsi sadə insanların deyil, müəyyən şəxslərin maraqlarına xidmət edir. Məhz yüksək vergilər sayəsində hakimiyyət çevrələri daha yüksək maaş alacaqlar.

Təşəbbüs qrupu erməni xalqına müraciət edərək, böyük supermarketlərdən deyil, məhəllələrdə fəaliyyət göstərən kiçik dükanlardan alver etməyə səsləyib və bubunla sadə xalqın bir-birinin yanında olması görüntüsünü hökumətin diqqətinə çatdırılmalı olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə