"Prezidentin dedikləri tam yerində söylənilmiş fikirdir" ÖZƏL-MÜNASİBƏT
“Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq “Biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq, ölkəmizi, ordumuzu gücləndirəcəyik” deməsi tam yerində söylənilmiş fikirdir". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, ATƏT-in Minsk qrupu, BMT, həmsədr dövlətlər və Ermənistanın özü uzun illərdir deyirlər ki, müharibə olmasın və danışıqlar yolu ilə problem həll olunsun: "Təbii ki, biz də bunu istəyirik. Biz də deyirik ki, torpaqlarımız işğaldan azad olunsun. Ancaq onlar bunu sözdə deyirlər, əməldə etmirlər. 25 ildən artıq ki, bu sözlər deyilir. Əgər belədirsə onda ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri niyə bu işğalçı, cırtdan, terrorçu dövlətə təsir, təzyiq göstərib onu məcbur etmirlər ki, o öz hərbiçilərini, ordusunu Azərbaycan torpaqlarından çıxarsın və ölkəmizin ərazi bütövlüyü bərpa olunsun. Beləcə biz də dinc qonşuluq şəraitində yaşayaq. Necə ki, başqa qonşu dövlətlərlə bunu edirik. Ancaq bu belə olmayandan sonra cənab Prezident İlham Əliyev də dəfələrlə söyləyib ki, onların bu yaramaz hərəkəti Azərbaycanı məcbur edəcək ki, ölkəmiz öz ərazi bütövlüyünü təmin etmək üçün hərbi gücdən istifadə etsin. Təbii ki, bu da müharibə deməkdir. Əgər həmsədr dövlətlər müharibənin olmasını istəmirlərsə onların qoruyub himayə etdiyi bu işğalçı dövlət torpaqlarımızı azad etsinlər. Əks halda müharibə qaçılmaz olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB