"Putin Zelenskini hədəfə götürüb" ÖZƏL-ŞƏRH

"Putin Zelenskini hədəfə götürüb" ÖZƏL-ŞƏRH

"Rusiya prezident Vladimir Putinin Ukraynanın keçmiş prezidenti Petro Poroşenkodan xoşu gəlməsə də, ona o qədər ilişmirdi. Putin son günlərdə Ukraynanın yeni seçilən və heç andiçməsi olmayan yeni prezidenti Vladimir Zeneskiyə hər gün söz və atmaca atır, bəzən jurnalistləri yanına çağırır, növbəti mesajını Kiyevə yollayır. Öz növbəsində Zelenski də bu atmacaları cavabsız qoymur, sonuncu dəfə istirahət etdiyi Bodrumdan göndərdiyi mesajı belə idi ki, Ukrayna Rusiyadan demokratik ölkədir, azad seçki var, insanlar Rusiyadakından fərqli olaraq fikirlərini azad ifadə etdiklərinə görə həbsə atılmırlar". Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

"Putin bunu cavasız qoymadı və ənənəvi acı yumorundan da qalmadı. Dedi ki, Ukraynada bu qədər azadlıq və demokratiya varsa, Zelenskiyə təklif edirəm ki, gürcü və eyni zamanda ukraynalı olan Mixail Saakaşvilini ölkəsinə buraxsın. Putin nə demək istədiyi aydındır. Petro Poroşenko Saakaşvilinn Ukraynadan deportasiya etdi. Yeni prezident Zelenski seçkidən əvvəl Saakaşvili haqqında müsbət fikir söyləsə də, keçmiş Odessa qubernatorunun Ukraynaya qayıtması ilə bağlı hələ konkret fikri yoxdur. Yəni Putin demək istəyir ki, Sən o qədər demokratsansa Saakaşvilini Ukrayna girişinə razılıq ver", deyə E.Şahinoğlu bildirib.

"Putin ilk gündən Zelenskinin gözünün odunu almaq istəyir. Hətta səfər etdiyi Çində keçirilən mətbuat konfransında “bir kəmər, bir yol” layihəsindən çox Ukraynadan və Zelenskidən danışdı. Ancaq bir məsələdə Putinin o qədər də haqsız olmadığını söyləmək məcburiyyətindəyəm. Bəli, Putinin Donbass və istənilən Ukrayna vətəndaşına Rusiya vətəndaşlığını və pasportunu vermək təşəbbüsü qonşu dövləti parçalamaq məqsədi daşıyır. Ancaq Putinin “Avropanın bu məsələ ilə bağlı tənqidinə münasibətiniz necədir” sualına verdiyi cavab maraqlıdır: “Avropa niyə etiraz edir ki? Polşa və Macarıstanda Ukrayna vətəndaşlarının bir qisminə öz pasportlarını verir”. Putin bu məsələdə haqlıdır. Ukraynanı yalnız Kreml parçalamır. Macarıstan Ukraynanın Zaporojyedə yaşayan macar azlığa pasportlarını paylayır. Kiyevə necə dəfə Budapeştə etiraz etsə də, nəticəsi olmayıb. Rumıniyanın da oxşar təşəbbüsləri var", - deyə, E.Şahinoğlu fikirlərini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə