İlham Əliyev: "Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə edirik"
Məlum olduğu kimi, aprelin 27-də Pekində keçirilən ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Prezident İlham Əliyev "BMT-nin 2030-cu il Gündəliyini həyata keçirmək üçün yaşıl və dayanıqlı inkişafın təşviqi" mövzusuna həsr olunan üçüncü sessiyada çıxış edərək Çin Xalq Respublikasının sədri Si Cinpinə təşəkkür edib. Dövlət başçısı Çin Xalq Respublikasının yaradılmasının 70 illiyi münasibətilə Çin xalqını təbrik edib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Çin tərəfdaş ölkələrdir. Dövlət başçısı 2015-ci ildə Çinə dövlət səfəri zamanı "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalandığını qeyd edib.
Əlaqələr: tarixi faktlarla...

Belə ki, 1994-cü il 7-10 mart tarixində Ulu Öndər Heydər Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri iki ölkə arasında əlaqələri praktik müstəviyə keçirdi. Səfər zamanı iki dövlət arasında səkkiz müqavilənin imzalanması, eyni zamanda,iki ölkə arasında hava yolunun açılması haqqında, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişlər, 1998-ci il sentyabrın 8-də Bakıda Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tarixi Böyük İpək Yolunun bərpası üzrə TRASEKA proqramı çərçivəsində Avropa və Asiya dövlət başçılarının Zirvə görüşünə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi və bu layihə iki ölkə arasında əlaqələri yeni mərhələyə çıxarılmasını səbəb oldu. 2005-ci il martın 17-19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfər, bu səfərin iki ölkə arasında münasibətlərin tarixində çox mühüm hadisə kimi qiymətləndirdi. Çin Xalq Respublikasına səfərləri və çıxışları zamanı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Çinlə əlaqələrə xüsusi önəm verərək, bu əlaqələrin şaxələndirilməsi baxımından əhəmiyyətli rola malik olduğunu vurğulayır.
Çin Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biridir

Prezident İlham Əliyev keçirilən Forumda çıxışı zamanı bildirib ki, Azərbaycan infrastrukturun inkişafına mühüm əhəmiyyət verir. Azərbaycanda möhkəm infrastruktur bazası yaradılıb ki, bu da bizim və tərəfdaşlarımızın maraqlarına xidmət edir.
Prezident İlham Əliyev çıxışında onu da keçirilən Forumda bildirib ki, Azərbaycan infrastrukturun inkişafına mühüm əhəmiyyət verir. Azərbaycanda möhkəm infrastruktur bazası yaradılıb ki, bu da bizim və tərəfdaşlarımızın maraqlarına xidmət edir. Azərbaycan, həmçinin enerji ixrac edən ölkədir. Enerji ixracı bizim inkişafımız üçün əsaslı baza və təməl yaradıb. Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə etmişik, edirik və davamlı inkişafa nail olmuşuq. Hazırda iqtisadiyyatın şaxələndirilməsi əsas vəzifələrdən biridir.
Dövlət başçısı bildirib ki, nəqliyyat infrastrukturu sahəsində Ələt Dəniz Ticarət Limanı və yeni istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti qeyd edilməlidir. Azərbaycanda 15 min kilometrdən çox yol çəkilib, dəmir yolu xətləri modernləşdirilib: "Biz xüsusilə Şərq-Qərb nəqliyyat dəhlizində çox fəal iştirak edirik. Həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı prosesində iştirak edirik. Azərbaycanda hava nəqliyyatı infrastrukturu yaradılıb. Belə ki, altı beynəlxalq aeroport tikilib. Azərbaycan Xəzər dənizində 260 gəmi ilə ən böyük ticarət donanmasına malik ölkədir. Azərbaycanın nəqliyyat sahəsində potensialı daha da artır və bu, beynəlxalq əməkdaşlıq üçün yaxşı imkanlar yaradır. Azərbaycanda iqtisadi inkişaf nəticəsində işsizlik və yoxsulluq 5 faiz həddinə salınıb. Nəqliyyat və enerji təhlükəsizliyi milli təhlükəsizliyin vacib elementidir".
Böyük əhəmiyyətə malik geosiyasi və geostrateji məkanda yerləşən Azərbaycan dünyanın aparıcı ölkələri və nüfuzlu beynəlxalq təşkilatları üçün etibarlı tərəfdaşa çevrilməyi bacarmışdır. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində əldə edilərək, ölkəmiz beynəlxalq münasibətlər sistemində yeri xeyli möhkəmlənmiş, Avropaya və dünya birliyinə inteqrasiyası xeyli sürətlənmişdir. Bununla yanaşı, Cənubi Qafqaz regionunun lider dövləti səviyyəsinə yüksələn Azərbaycan həm də bölgədə sülhün, təhlükəsizliyin və inkişafın simvoluna çevrilmişdir. Təsadüfi deyil ki, ölkəmiz ümumilikdə dünya birliyinə inteqrasiyası üçün qlobal əhəmiyyət kəsb edən təşəbbüslərlə çıxış edir və bu, beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Heç şübhəsiz, Azərbaycanın qazandığı uğurların təməlində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət strategiyası dayanır. Bu gün bölgədə əmin-amanlıq və sabitliyin bərqərar edilməsi, nəhəng enerji, nəqliyyat və digər əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi kimi strateji məqsədlərə nail olmaq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Bütün bu uğurlar onu onu deməyə əsas verir ki, Avropa İttifaqı ilə bütün sahələrdə olduğu kimi, enerji təhlükəsizliyi sahəsində də əməkdaşlığın inkişafının zəngin perspektivləri var.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB