Rəsul Quliyev: "Satqınlıq şinelindən çıxan Əli Kərimli, nəinki "lider", heç baş çoban da ola bilməz"
ABŞ-da mühacir həyatı yaşayan AXCP-nin keçmiş lideri Rəsul Quliyev son günlər müxalifət düşərgəsində təmsil olunan bəzi partiya sədrlərinin "liderlik" iddiasında olmalarından əsəbləşərək, onları səviyyəsiz adlandırıb: "Səviyyəsiz düşüncəyə malik olan kəslərdən bundan savayı nə eşitmək olar? Bu, o müxalifətdir ki, siyasi istəklərini həyata keçirmək və məqsədləinə çatmaq üçün hər cür alçala bilirlər. Hələ də Azərbaycan xalqının nifrətini anlamırlarsa, hansı üzlə "liderlik" davası döyürlər?"
R.Quliyev bildirib ki, dağıdıcı düşərgədə müxalifətin çirkin üzü olan AXCP sədri Əli Kərimli kimi satqın hansı əməllərinə görə "lider" olmaq istəyir: "Əli Kərimli qədər alçaq, səviyyəsiz, mənəviyyatsız görməmişəm. Satqınlıq şinelindən çıxan Ə.Kərimlinin həyasızcasına "lider" olmaq iddiası, bir daha boğulanın saman çöpündən yapışmasına bənzəyir. Siyasi meydanda, oxluğunu ört-basdır etmək üçün indi də "liderlik" məsələsini ortaya atmaqla, "varlığını" nümayiş etdirmək istəyir. Ancaq ölü dirilməz, Ə.Kərimli, sən çoxdan ölmüsən".
R.Quliyev daha sonra bildirib ki, Müsavatın keçmiş başqanı İsa Qəmbər və Ə.Kərimlinin hansı məqsədə qulluq elədiklərini özlərindən başqa heç kim bilməz: "Belə nəticə çıxartmaq lazımdır ki, müxalifət hesab edilmək üçün gərək heç bir işlə məşğul olmayasan, hərdənbir "azadlıq" qışqırıb, tufeyli həyat sürəsən. Əgər müxalifətçiliyi özünə peşə seçmisənsə, istənilən bir qurumda ömrünün axırına qədər oturacaqsan. Əgər məqsədin ölkədə demokratiyaya nail olmaqdırsa, bu, artıq peşə deyildir. Çox təəssüf edirəm ki, Azərbaycanda belə elementar anlayışları başa düşən müxalifət yoxdur. Onlar bu kimi vasitələrlə, onsuz da, xalqdan təcrid olunublar. Nə yaxşı ki, onlarla deyiləm".
Eks-spiker, həmçinin, bəzi müxalifət nümayəndələrinin Azərbaycanda dəbdə olan "Rəsul Quliyev artıq siyasi meyitdir" frazalarından istifadə etmələrinə də münasibətini bildirib: "Görünür, onlar bundan xoşallanıb, "növbəti düşmənimizi məhv etdik" deyə düşünürlər. Ancaq anlamırlar ki, müxalifət düşərgəsində olanlar çoxdan meyit olaraq arxivə atılıblar".
Bax, burada bir atalar sözünün də deyilməsi yerinə düşər: "Kor-kora kor deməsə, bağrı çatlar". İndi zaman göstərəcək, görəsən, kim-kimdən "ağıllıdır".
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB