Ermənistanın yeni hakimiyyəti əslində keçmiş baş nazir Serj Sarkisyanın formalaşdırdığı hökumət strukturunu saxlayır. SİA-nın məlumatına görə, Ermənistana məxsus news.am saytında gedən informasiyada qeyd olunur ki, "Parlaq Ermənistan" partiyasının rəhbəri Edmon Marukyan çıxışı zamanı bunu deyib.
E.Marukyan 17 aprel tarixində Milli Məclisin iclasında "Hökumətin strukturu və fəaliyyəti haqqında" qanuna dəyişikliklər və düzəlişlər haqqında qanun layihəsi müzakirə edilərkən hökumətin nə etdiyini göstərmək üçün pencəyini əynindən çıxarıb və nümayiş etdirərək deyib:
"Məlumdur ki, dövlət idarəçiliyinin bu strukturu Serj Sarkisyanın "kostyumu” adını alıb və super-baş nazirlik sistemidir. İndi bu kostyumdan bir neçə düyməni çıxarmağı təklif etdiyiniz bir layihə gətirmisiniz. Və deyirsiniz ki, indi “kostyum oturur?"
Sözügedən saytda o da qeyd olunur ki, partiya sədri baş nazir Nikol Paşinyanın Milli Təhlükəsizlik Xidməti və polisin nazirlik olmalıdır vədini xatırladıb və onun dediyinin əksinin olduğunu bildirib və qeyd edib ki, bu strukturları hökumətə daxil etmək təklifi rədd edilib.
Marukyan deyib ki, təqdim edilən bu sistem Serj Sarkisyanın sistemidir:
“İki düyməni sildiniz, lakin baş nazir Milli Təhlükəsizlik Xidmətinin, Dövlət Gəlirləri Komitəsinin rəhbəri olaraq qalır. Bu strukturlar üçün məsuliyyət daşıyacaq əlaqələndirici yoxdur ".
Qeyd edək ki, "Parlaq Ermənistan" hökumət strukturunda dəyişiklikləri nəzərdə tutan layihəsini təklif edib.
Layihəyə görə, optimallaşdırmadan sonra hökumət baş nazirdən, 2 vitse-baş nazir və 12 nazirdən ibarət olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB