Rusiyanın Kommersant nəşri 15 aprel tarixində Azərbaycanın xarici işlər naziri Elmar Məmməyarov, Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyan və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında Moskvada ATƏT-in Minks qrupunun həmsədrlərinin iştirakı ilə baş tutan görüşünə toxunub və qeyd olunub ki, uzun müddət ərzində ilk dəfə olaraq Qarabağ məsələsinin tənzimlənməsində pozitiv irəliləyiş olub. SİA məlumat verir ki, bu barədə Ermənistana məxsus tert.am saytında məlumat dərc olunub.
Saytda qeyd olunur ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, ATƏT-in Minks qrupu həmsədrlərinin, və ATƏT sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə üç saat davam edən danışıqlardan sonra, Azərbaycanın və Ermənistanın XİN rəhbərləri nəhayət ki, irəliyə doğru addım atdılar və onlar təmas xəttində kənd təsərrüfatı işlərinin gedişi zamanı stabilliyin təmin edilməsi və əsirlikdə olanların qohumlarının ziyarət edilməsi barədə razılığa gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB