YAP Yasamal rayon təşkilatı YAP Gənclər Birliyinin sədrliyinə öz namizədini irəli sürdü
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon Təşkilatı Şurasının iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda ilk öncə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Fikrət İsmayılov gündəlikdə duran məsələlər barədə məlumat verib. O bildirib ki, tədbirdə YAP Yasamal rayon Gənclər təşkilatının yeni heyəti, sədri və müavinlərinin seçilməsi, YAP Gənclər Birliyinin növbəti konfransına YAP Yasamal rayon təşkilatından nümayəndələrin seçilməsi və cari məsələlər müzakirə olunacaq: "YAP Gənclər Təşkilatının sədri Ramil Həsənovun yüksək vəzifəyə getdiyi üçün hazırda ayrı-ayrı rayonların növbədənkənar konfransları keçirilir. Bu gün keçirilən tədbir YAP Gənclər Birliyinin respublika konfransına hazırlıq məqsədi daşıyır və öz nümayəndələrini seçir".
F.İsmayılov vurğulayıb ki, Ümummilli lider Heydər Əliyev hər zaman respublikada elm, təhsil sahəsinin inkişaf etdirmək məqsədilə gənclərə xüsusi diqqət yetirib. Onun sözlərinə görə, II hakimiyyəti dövründə də ulu öndər gənclər sahəsində yaranan boşluğu aradan qaldırmaq üçün böyük əmək və diqqət sərf edib. Gənclərin hər zaman diqqət mərkəzində saxlanıldığını deyən rayon təşkilatının sədri qeyd edib ki, ölkənin, xalqın inkişafı və gələcəyi gənclər ilə əlaqədardır.
Tədbirin davamında YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev ötən ilin hesabatını açıqlayıb. O bildirib ki, 1992-ci ildə bir qrup vətənpərvər şəxs həyatı üçün yarana biləcək təhlükədən qorxmayaraq Naxçıvanda yığışaraq Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasını yaratdılar.
"YAP o vaxtki mövcud vəziyyətdə Azərbaycan xalqının mənafelərinə xidmət etmək və ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranan sistemdir. YAP qısa zaman çərçivəsində xalqın bir qrupunun etimadını qazanıb və böyük siyasi qüvvəyə çevrilib. Bu gün YAP Azərbaycanın siyasi təşkilatları içərisində öz kəmiyyət və keyfiyyətinə görə bərabəri olmayan partiyadır. Bu gün Yasamal rayon Gənclər Təşkilatının növbəti seçki toplantısına toplaşıb. Partiyanın Yasamal rayon təşkilatı Gənclər Birliyinin I hesabat konfransında gənclərin sayı 1100 idisə, II hesabat konfransında 1102-yə, indiki hesabat konfransında isə 1605-ə çatıb. Hesabat dövründə YAP Yasamal rayon təşkilatı Gənclər Birliyi üzvlərinin sayı 10 605 nəfərdir. Onlardan 867 nəfəri təhsil, 42 nəfəri elm-təhsil müəssisəsində. 1236 nəfəri səhiyyə, 2417 nəfəri digər idarə və müəssiələrdə, 5504 nəfəri isə tələbədir. 10605 nəfərdən 4087 nəfəri qadındır. I hesabat dövründən bu günə qədər yasamal rayon gənclər birliyinə 9562 nəfər qəbul olunub. Rəqəmlərdən də göründüyü kimi partiyaya kütləvi axın davam etməkdədir. Üzvlərin böyük əksəriyyətini gənclərin təşkil etməsi müstəqillik qazanan, çətin dövrü yaşayan ölkəmizdə əldə edilən nailiyyətlərin nəticəsi, YAP-ın cəmiyyətdə artan inamının təzahürü və Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin layiqli siyasətinin bəhrəsi kimi qiymətləndirmək olar", - deyə o əlavə edib.
Tədbirin davamında YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyevin YAP Gənclər Birliyinə sədrliyinə namizədliyi ilə sürülüb. Bundan əlavə, YAP Gənclər Birliyinin növbəti konfransında iştirak edəcək YAP Yasamal rayon təşkilatından nümayəndələri seçilib.
Qeyd edək ki, YAP Gənclər Birliyinin Respublika konfransı Qəbələ şəhərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB