Əlcəzairdə hüquq-mühafizə orqanları paytaxtda hökumət əleyhinə keçirilən etiraz aksiyaları zamanı 108 nəfərin saxlandığını açıqlayıblar. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.
“Hazırda 108 nəfər saxlanılıb”, - deyə Əlcəzirənin Daxili İşlər Nazirliyi tərəfindən yaydığı məlumatda qeyd olunub.
Bundan başqa etiraz aksiyasında baş verən toqquşma nəticəsində 27 polis məmuru yaralanıb. Bir neçə polis maşını isə zədələnib.
Qeyd edək ki, Əlcəzirədə növbəti prezident seçkiləri ərəfəsində baş verən etirazlar, ölkənin 82 yaşlı, xəstə prezidenti Abdelaziz Buteflikanın yenidən namizədlik niyyətini açıqlamasından sonra başlayıb. Lakin etirazlardan sonra yaşlı prezident namizədliyini geri götürməklə yanaşı, istefa verib. Lakin hakimiyyətə onun tərəfdarlarının keçməsi etirazların davam etməsi ilə nəticələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB