Tunisdə prezidentin qaçması ilə nəticələnən üsyanın ərəb dünyasındakı əks sədası davam edir. Bu gün Misirdə də iqtidar əleyhinə mitinq başlayıb.
SİA-nın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, müxalif Müsəlman Qardaşlar Hərəkatı ilə Beynəlxalq Atom Enerjisi Təşkilatının keçmiş sədri Məhəmməd Əl Baradeyin tərəfdarları və Əl Vəfd Partiyasının üzvləri Qahirədə Ali Məhkəmənin binası qarşısında aksiya keçirib.
Nümayişdən sonra bir qrup etirazçı Təhrir Meydanına tərəf yürüşə keçib. Meydandakı abidəyə Misir bayrağı çəkən nümayişçilər prezident Hüsnü Mübarək və hökumət əleyhinə şüarlar səsləndiriblər.
Polisin nümayişçiləri dayandırma səyləri hələ ki nəticə verməyib. Mitinqdə polislə nümayişçilər arasında toqquşmalar yaşanıb. Qahirədə fövqəladə təhlükəsizlik tədbirləri görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB