Səməd Seyidov: “Bəli, Azərbaycanda 1 milyon siyasi məhbus var” TUTARLI CAVAB
AŞPA-nın müzakirələri zamanı Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov ölkəmizin əleyhinə çıxış edərək, təzyiq və ittiham dili ilə danışmağa cəhd göstərən avropalı bir sıra deputatlara layiqli cavab verib. Belə ki, nümayəndə heyətinin rəhbəri Azərbaycanda demokratiya və insan hüquqlarına dair müzakirələr zamanı bənzər və əsassız ittihamlarda bulunanlara xitabən müzakirə iştirakçılarını qeyri obyektivlikdə və siyasi ambisiyalarda ittiham edib. SİA xəbər verir ki, o, müzakirə iştirakçılarına Azərbaycanda siyasi təqiblər barədə iddialara inanmamağa çağırıb.
Son olaraq Səməd Seyidov AŞPA-nın bəzi deputatlarının görməzdən gəldiyi hadisəni xatırladaraq Azərbaycanda siyasi məhbusların əslində kim olduqlarını onların diqqətinə çatdırıb: "Bəli, Azərbaycanda Ermənistanın işğal etdiyi rayonlardan məcburi olaraq qovulan 1 milyon siyasi məhbus var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB