Azərbaycan Prezidenti Avstraliya İttifaqının General-Qubernatoruna təbrik ünvanlayıb

Azərbaycan Prezidenti Avstraliya İttifaqının General-Qubernatoruna təbrik ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Zati-aliləri xanım Kventin Braysanı təbrik edib. SİA-nın xəbərinə görə, təbrikdə deyilir ki, ölkənizin milli bayramı - Avstraliya günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Avstraliya arasında yaranmış dostluq münasibətlərinin möhkəmləndirilməsi yolunda səylərimiz əməkdaşlığımızın inkişafı üçün yeni imkanlar açacaqdır.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Avstraliya xalqına sülh və rifah diləyirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə