Erməni kilsəsində parçalanma TRANSGENDER PROBLEMİ

Erməni kilsəsində parçalanma TRANSGENDER PROBLEMİ

Ararat patriarxatının yeparxiyası son zamanlar başqa dəyərlərin təbliği fəallığının artmasından narahatlıq hissi keçirir. SİA xəbər verir ki, aysor.am saytı adıçəkilən dini qurumun bəyanatını ictimailəşdirib. Bəyanatda bildirilir ki, Ermənistanın apostol kilsəsinin dindarları heç kimi günahlandırmır, belə ki, günahkarlar tövbə edib, günahlarının buraxılması və paklanmaları üçün imkan əldə edə bilərlər. “Lakin kilsə günahı və günahın təbliğatını qəti şəkildə ittiham edir. Təəssüf ki, biz iyrəncliyin və qeyri-ənənəviliyin xalqımızı daha çox əhatə etdiyini görürük”, deyə qeyd edilən bəyanatda o da bildirilir ki, kilsə belə təbliğatın qarşısının alınması üçün hər zaman mübarizə aparacaq.

Qeyd edək ki, trangender Lilit Martirosyanın ölkə parlamentində çıxışına etiraz olaraq, kilsə xadimi Kazar Petrosyan etirazçılara qoşularaq, bu addımı pisləyib və nəticədə Ermənistanın Ararat patriarxatlığının yepiskopu arxiyepiskopu Navasard Kçoyan onu bütün adlardan məhrum edib. Nəticədə kilsədə narazılıq yaranıb və Ararat patriarxatlığının bir hissəsi Kazar Petrosyanın müdafiəsinə qalxıb. “Onun bu məsələdə etiraz etməyə hüququ var”, deyə bəyanatda bildirilib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə