“Rusiya-ABŞ münasibətlərində gərginliyin yeni sıçrayışı baş verdi. Son motivasiya Rusiyanın Venesuelaya mütəxəssis adı ilə hərbi qüvvələr göndərməsidir. Venesuela məsələsi ABŞ-la Rusiya arasında dialoq mövzusudur”.
SİA xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında politoloq Mübariz Əhmədoğlu deyib. Politoloq bildirib ki, Sergey Lavrov Mayk Pompeo ilə bir neçə dəfə Venesuela məsələsini müzakirə edib: “ABŞ-ı Venesuelanın daxilində gərginliyi artırmamağa çağırıb. Rusiyanın Venesuelaya hərbi qüvvə göndərməsinə prezident Donald Tramp kəskin reaksiya verib. O Rusiyadan qoşunlarını təcili Venesueladan çıxarmağı tələb edib. Donald Tramp qeyri-dövlətlərin Venesuelaya müdaxiləsinə imkan verməyəcəyini bildirib. Rusiyanın Venesuelada möhkəmlənməsi ABŞ üçün kifayət qədər ciddi problemlər yarada bilər. Çünki Suriya nümunəsi göz qabağındadır. Rusiya Suriyaya daxil olduqdan sonra ABŞ-ın Suriyadakı proseslərdə monopol mövqeyinə demək olar ki, son qoyuldu. Hazırda Rusiya Suriya ərazisində möhkəmlənib, ABŞ isə Suriyanı tərk edən vəziyyətdədir. ABŞ prezidentlərinin, xüsusilə Trampın Venesuelanın başına açdıqları Venesuelanı Rusiyaya üz çevirməyə vadar etdi. İndi artıq Rusiya qoşunları Venesueladadır”.
M. Əhmədoğlu əlavə edib ki, ABŞ Qara dənizə NATO və öz hərbi gəmilərini göndərib: “Qara dənizə daxil olan ABŞ gəmilərini Rusiyanın Qara Dəniz Donanmasının hərbi gəmiləri müşayiət edir. ABŞ təyyarələri Rusiyanın Kalininqrad və Leninqrad vilayətlərində kəşfiyyat xarakterli uçuşlar reallaşdırır. ABŞ-ın əsas məqsədlərindən biri Rusiya qazının Avropaya daxil olmasına maneçilik törətmək siyasətini davam etdirməkdir. Sergey Lavrov ABŞ-ın İsrail-Fələstin münaqişəsinin tənzimlənməsinə hazırladığı variantı tənqid etdi. ABŞ-da bu variantı əsrin razılaşması adlandırsalar da, Rusiyanın fikrincə bu variant fələstinlilər üçün qeyri-məqbuldur. Çünki dəyişikliklər şübhəlidir və münaqişələrin tənzimlənməsinin beynəlxalq aləmdə tanınmış prinsiplərinə ziddir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB