Azər Həsrət: "Ermənistan üçün hər keçən gün daha da çətinləşir " RƏY-ÖZƏL

Azər Həsrət: "Ermənistan üçün hər keçən gün daha da çətinləşir " RƏY-ÖZƏL

"Ermənistan hakimiyyətinin ayrı-ayrı təmsilçilərinin bir-birinə zidd açıqlamalar verməsi, davranışlarını təəccüblü və çaşqın şəkildə sərgiləməsi ondan xəbər verir ki, bu ölkədə vahid strateji xətt yoxdur". Bunu SİA-ya açıqlamasında Siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, yəni onların daha doğrusu, Ermənistana rəhbərlik edənlərin sadəcə olaraq, nəyin ki, uzaq hətta yaxın gələcəklə bağlı konkret planları, proqramları yoxdur: "Ona görə də, bəzən baxırıq ki, baş nazir bir fikir səsləndirir, müdafiə naziri başqa bir fikir səsləndirir, və yaxud da ki, Ermənistan ictimai rəyinin önündə gedənlər tamam fərqli mövqe səsləndirir. Bütün bu məsələlər ondan xəbər verir ki, bu adamlar yaxşı anlayırlar ki, Azərbaycanı qarşısında duruş gətirmək Ermənistan üçün hər keçən gün daha da çətinləşir. Təbiidir ki, bu çətinliyin altından çıxmaq eyni zamanda, daxili ictimai rəyi sakitləşdirmək üçün gedişlər etməyə cəhd göstərirlər, lakin bu gedişləri də əlavə problemlərə səbəb olur. İkinci bir tərəfdən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyan etməsi ilə bağlı burda təbidir ki, ilkin razılıq deyəndə nəzərdə tutulan məsələ danışıqların sülh danışıqlarının davam etdirilməsi ilə bağlıdır. Yəni Azərbaycan həmişə sülh danışıqlarına sadiq olduğunu əməldə göstərib Ermənistandan fərqli olaraq və münaqişənin bütövlükdə danışıqlar masası arxasında həllində maraqlı olduğunu əməldə göstərib. Paşinyanla Azərbaycan Prezidentinin Vyana görüşündə də əslinə qalanda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin müsbət dəyərləndirdiyi məqam bundan ibarətdir. Yəni məsələ qoyuldu ki, daha konstruktiv, məqsədyönlü bir şəkilədə bu danışıqlar davam etdirilsin. Yəni təbiidir ki, tərəflərin belə iradəsinin ortaya çıxması həmsədrləri də razı sala bilərdi və ona görə də, onlar ilkin razılıqla bağlı bəyanat verdilər. Əlbəttə ki, ayrıntılar haqqında hələ ki, nə Ermənistan, nə Azərbaycan, nə də ki, həmsədrlər heç bir bilgi verməyə tələsmirlər. Çünki belə bilgilər vaxtından əvvəl verilərsə işin ziyanına olar. Ona görə də, hələlik bizdə gözləmə mövqeyi tutmalıyıq. Azərbaycan Prezidenti lazım olan anda Azərbaycan xalqını məlumatlandıracaq".

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə