"Türkiyə təcrübəsinin öyrənilməsinə ehtiyac var" ÖZƏL-ŞƏRH

"Türkiyə təcrübəsinin öyrənilməsinə ehtiyac var" ÖZƏL-ŞƏRH

Türkiyə bölgənin əsas dövlətlərindən biridir. Burada keçirilən seçkilər tək Azərbaycanın deyil, böyük dövlətlərin də marağına səbəb olur". Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Rusiya, Avropa, Qərbin bir çox KİV-ləri də Türkiyədəki bələdiyyə seçkilərini çox ciddi izləyirdi: "Burada həm də seçkinin nəticələri çox böyük səs-küyə səbəb olduğundan ajiotaja səbəb oldu. Çünki ilk dəfə idi ki, hakim partiyanın böyük şəhərləri məğlubiyyətlə üzləşdi. Təbii ki, bu da böyük sensasiyaya səbəb oldu. Azərbaycana gəldikdə isə deyə bilərəm ki, Türkiyə Azərbaycanın strateji müttəffiqidir. Ona görə də Türkiyədə baş verən istənilən hadisə Azərbaycanın maraq dairəsindədir.

Digər tərəfdən müxalifətin böyük şəhərlərdə qazandığı qələbə Azərbaycanın diqqətini ona görə çəkir ki, indi artıq bu güclərlə də hesablaşmaq lazımdır. Yəni Türkiyədə bələdiyyə seçkilərində qələbə çalan bir partiya və bir siyasi blok gələcəkdə hakimiyyətə də gələ bilər. Necə ki, vaxtilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da hakimiyyətə gəlişi məhz İstanbul bələdiyyəsindən başlamışdı. Bu baxımdan da biz indidən o güclərə nəzər yetirməliyik və onların bölgəyə, Azərbaycanla əməkdaşlığa baxışlarını öyrənməliyik. Bununla belə Azərbaycanın türkiyədə böyük yatırımları var. Azərbaycan Türkiyə ilə hərbi istiqamətdə əməkdaşlıq edir. Bildiyiniz kimi bu il Azərbaycanda da bələdiyyə seçkiləri keçiriləcək. Düşünürəm ki, Türkiyə təcrübəsinin öyrənilməsinə ehtiyac var. Çox təəssüf ki, bizdə hələki bələdiyyələrin elə böyük statusları, vəzifələri yoxdur. Bu mənada hesab edirəm ki, bizdə də bələdiyyələrin böyük səlahiyyətləri olmalıdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə