Nikol Paşinyan cinsi azlıqlara dəstək verir "JOXOVURD"

Nikol Paşinyan cinsi azlıqlara dəstək verir "JOXOVURD"

Ermənistanın “Joxovurd” qəzetinin yazdığına görə, ölkə parlamentində ilk olaraq, transgenderi tribunaya yaxınlaşaraq nitq söyləməsi və onun alqışlanması kifayət qədər ekstraordinar hadisədir. SİA adıçəkilən erməni nəşrinə istinadən xəbər verir ki, parlament dinləmələrinə sədrlik edən “Çiçəklənən Ermənistan” partiyasının fraksiya üzvü, deputat Naira Zohrabyan özünü Lilit Martirosyan olaraq təqdim edən transgenderi parlament binasını tərk etməyə səsləyərək, onu və ətrafındakıları oradan qovub.

Lakin sonradan bəlli olub ki, transgenderi parlamentdə dəvət edərək, onun çıxış etməsinə şərait yaradan baş nazir Nikol Paşinyan iqtidarını təmsil edən “Mənim addımım” fraksiyasının deputatı Marina Karapetyandır. Belə ki, bu barədə xəbər saytları da informasiya yayıblar. Marina Karapetyan bu xəbəri yalanlasa da, Naira Zohrabyan transgenderin çıxışını əvvəllcədən hazırlanmış plan olduğunu bildirib.

“Bizdə olan məlumata görə, transgenderin məhz Lilit Martirosyan ad və soyadlı pasportu var və o, parlamentə həmin sənədini təqdim dərək daxil olub”, deyə adıçəkilən erməni nəşri yazır.

Xatırladaq ki, baş nazir Nikol Paşinyan hələ “məxməri inqilab” zamanı verdiyi vədlərində cinsi azlıqların hüquqlarını müdafiə edəcəyini, LGBT-nin Ermənistanda rəsmi olaraq fəaliyyət göstərəcəyini bəyan edirdi. Görünür, o sosial-iqtisadi vədlərini yerinə yetirə bilməsə də, erməni xalqını aclıq və səfalətdən çıxarmağı bacarmasa da, cinsi azlıqların qeydinə qalmağı yaxşı bacarır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə