Qara dənizdə təlimlər keçirilib

Qara dənizdə təlimlər keçirilib

Qara dəniz akvatoriyasında NATO-nun ikinci dəniz birləşmələrinə aid dörd gəmi və Gürcüstan Daxili İşlər Nazirliyinin sahil qoşunlarına aid iki gəminin iştirakı ilə birgə təlimlər keçirilib.

"Təlimlərin məqsədi Gürcüstan Daxili İşlər Nazirliyi sərhəd polisi sahil mühafizə xidmətinin NATO hərbi qüvvələri ilə uyğunluğu və qarşılıqlı əməkdaşlığının artırılmasıdır", Gürcüstanın Daxili İşlər Nazirliyinin verdiyi məlumatda deyilir. SİA "RT"yə istinadən xəbər verir ki, NATO-nu Hollandiya, Türkiyə, Rumıniya və Bolqarıstan gəmiləri təmsil edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə