AŞ-nın nümayəndəsi: "Azərbaycanda keçirilən parlament seçkiləri uğurlu şəraitdə keçib və irəliləyişlər əldə olunub"
Azərbaycanda keçirilən parlament seçkiləri uğurlu şəraitdə keçib və irəliləyişlər əldə olunub. SİA-nın Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) saytına istinadən verdiyi xəbərə görə, bunu 7 noyabr 2010-cu ildə Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələrinə dair AŞ-nın seçkiləri müşahidə missiyasının hesabatını təqdim edən polşalı deputat Tadeus İvinski deyib.
O, qeyd edib ki, əldə olunan nailiyyətlərə baxmayaraq qurumun bəzi nümayəndələri seçki ilə bağlı hesabatın bəyənmirlər və 7 noyabr seçkilərinin düzgün keçirilmədiyini bildiriblər: "Lakin mən hesab edirəm ki, bu, çox tarazlaşdırılmış bir hesabatdır və bizim müşahidə missiyamızın üzvləri də irəliləyişlərin olduğunu qeyd edirlər".
Polşalı deputat bildirib ki, seçki sahəsində irəliləyiş əldə olunması üçün Azərbaycan daha çox səy göstərməlidir: "Əminəm ki, Avropa Şurası Azərbaycan ilə bundan sonra da əməkdaşlığını davam etdirməyə hazırdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB